"Facebook" və "Microsoft" şirkətlərinin birgə təsis etdikləri "Internet Bug Bounty" fondu "OpenSSL", "PHP", "Apache" və başqa populyar məhsul və texnologiyalarda son dərəcə təhlükəli boşluqları aşkar edən İT mütəxəssislərinə 5000 dollara qədər pul ödəyəcək.
"Internet Bug Bounty" fondu çərçivəsində ödənişlərin məbləği "sındırılmış" platformadan asılı olaraq dəyişir. "Apache" veb-serverində aşkar edilmiş boşluq 500 dollar qazanmağa icazə verir, halbuki ümumi sistem boşluğu artıq 5000 dollara iddia edir. Xatırladaq ki, həm "Facebook", həm də "Microsoft" boşluqlar üçün şəxsi mükafat proqramına malikdirlər.