Twitter-in səhmləri Nyu-York Birjasındakı ikinci əməliyyat günündə 7.2% düşərək 41.65 dollardan bağlanıb.



Cümə axşamı günü səhmləri 45 dollardan ilkin satışa çıxarıldıqdan sonra kassasına 2,09 milyard dollar cəlb edən Twitter, səhmlərinin düşməsilə sərmayəçiləri məyus edib. İlk əməliyyat gününü 44,90 dollarlıq qiymət səviyyəsində bağlanılan Twitter səhmləri, bu gün 41,65 dollara düşərək 7,2% enib.



Mərkəzi San Franciskcoda olan və 230 milyon istifadəçisi olan Twitter, qarşıdakı beş ildə istifadəçilərinin sayını iki dəfə artırmağı planlaşdırır.Dünənki bağlanış qiyməti ilə bazar dəyəri 2014-cü ilə proqnozlaşdırılan təxmini satışlarının 22 qatına çatan Twitter, bu nisbi qiymətlə keçən il səhmləri satışa çıxarılan Facebookdan daha qiymətli bir firma olduğunu göstərib.



Twitter, yaradıldığından bu yana zərər etməsinə qarşı göstərdiyi sürətli böyümə ilə sərmayəçilərin marağını çəkir. Twitter, gəlirinin 70%-ini reklamlardan əldə edir.Şirkətin bu səhm emissiyasından sonra zərərdən xilas olmacağı gözlənilir.