Amerikada Cathy Matthews adlı qadının Facebookda göndərdiyi bir statusa 1 milyondan çox şərh yazılıb.
Təqibçisi çox olan səhifələrdəki minlərlə şərh alan statuslar adət halını alıb. Lakin 1 milyonu keçən şərh sayının daha əvvəl olduğu nə görülmüş, nə də eşidilmişdir. Amerikalı Cathy Matthews isə belə bir rekordun olmadığının fərqinə varıb adını Ginnes Rekordlar Kitabına yazdırmaq istəyir.
Amerikalı qadın Matthews yoldaşlarıyla birlikdə Frontierville oyununu oynayırlar. Bir gün yenə bu oyunu oynayarkən əgər olduqca çox şərh alsam məşhurluğum artar deyə belə bir cəsarətli addım atmışdır. Qadının göndərdiyi şərhlərin çoxu özünə aid olsa da, dost siyahısındakı 107 adamın qatqısının da olduğu deyilir.
Ginnes Rekordlar Kitabına girmək üçün müraciətini etdiyini bildirən Matthews gələcək cavabı gözləyir.