Keçmiş oğlan dostunuz sosial şəbəkələrdə öz məzuniyyət şəkilləri ilə öyünür? Rəfiqəniz özünün arıqlamış şəkillərini yükləyir? Daha öncə onlara yalnız məhəl qoymamaq olardı. İndi isə bir düymənin köməkliyi ilə şəxsi fikirləri bildirmək mümükündür.
Əlbəttə ki, bu düymə “ondan nifrət edirəm” adlanır və Facebookda onu xüsusi qurğu vasitəsilə açmaq olar. O, “Hate With Friends” (dostlar ilə nifrət)adlanır-"Bang With Friends" qalmaqallı tanışlıq proqramının analoqu olaraq.
"Bu o kəslər üçün əlverişlidir ki, onların Bang farmatında yazamaq mümkün olamayan dostları qalıb"-The Huffington Post istehza ilə bildirib. Ümumiyyətlə əgər yeni prinsip əsasında öz dostlarını çeşidlərə ayırmaq istəsən proqramın saytına daxil olub və onun vaitəsilə Facebooka qoşulmaq lazımdır.Nəticədə dostlar siyahısının altında şən bir şəkildə klikləmək mümkün olan “ondan nifrət edirəm” adlı düymə olacaq. Əgər siz bu düyməyə klikləsəniz dostunuz biləcək ki, siz ondan nifrət edirsiniz lakin özü də bu düyməyə klikləsə.
Nəticədə bütün dostlar üç qrupa bölünəcək: “Hamı”, “Mən Kimə Nifrət Edirəm” və “Kim Mənə Nifrət Edir”. "Əgər hər kimsə ondan nifrət edən dostunun nifrətini sonlandırmaq istəsə proqramda bunun üçün “Hədiyyə Göndər” bölməsi də mövcuddur", Buzz Feed yazır. Əbəttə ki, burada heç bir zəmanət yoxdur. “Mən hər kəsdən nifrət edirəm cünki, bu faydasızdır” – bir istifadəçi şərh bildirdi. “Bu internetdir. Əlbəttə ki, hər kəs gizli bir şəkildə bir-birindən nifrət edir”-hər hansı bir şəxs əlavə edib, “Reallıqla bağlılığımızı itirdiyimiz daha bir vasitə. İnsanlar, bir-birinizlə əlaqə saxlayın”-üçüncü bir şəxs yazıb.