"Yankee Group" şirkəti ən çox üstünlük verilən telefonu müəyyənləşdirmək üçün Avropanın beş böyük ölkəsində araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, avropalıların 40%-inin ən çox arzuladığı telefon “iPhone”dur.


Fransa, Almaniya, İngiltərə, İspaniya və İtaliyada aparılan araşdırmalarda 7250 insanın rəyi öyrənilib. Respodentlərin 49% i "ağıllı telefon"lar arasında seçimi Applenin İPhone modeli olaraq ediblər. Digər sıralama isə aşağıdakı kimidir.


Android sistemli telefonlar - 19%


Blackberry - 17%


Nokia telefonları - 15 %


"Yankee Group" analitik araşdırmalar şirkətinin sədr müavini Declean Lonergan bu nəticəni Applenin Avropa bazarındakı dominantlığını sübuta yetirən faktlardan biri kimi dəyərləndirib. Lakin bununla belə İPhone qiymətlərinin həddən artıq bahalığını mütəxəssislər şirkətin marketinq siyasətinin uğurla aparılmasında böyük maneə kimi qiymətləndirilib.