Biz “YouTube”u yalnız əyləncəli və maarifləndirici videolar izləmək üçün istifadə etmirik. Xatirələrimizi xüsusi videolar halında saxlaya və ya tam əksinə hər kəsin yeniliklərdən anında xəbərdar olması üçün canlı yayım edə bilərik.



Daha əvvəllər məhdud olan canlı yayım artıq hesabı təsdiqləmiş və xəbərdarlıq almamış bütün YouTube istifadəçilərinə açıldı. Google+ Hangout üzərindən anında YouTube canlı yayım idarəetməsinə geçmək mümkündür.



Google+ şəbəkəsini daha maraqlı hala gətirmək istəyən Google , YouTube canlı yayım xüsusiyyətindən istifadə edərək “Google+ Hangouts”u gücləndirdi. Bu sistemə nəzarət etmək istəyən YouTube istifadəçiləri hesab tənzimləmələrinə daxil olub əlaqədar sahəyə göz gəzdirə və ya Video İdarəçisi menyusunda Canlı Tədbirlər variantının meydana çıxmasını gözləyə bilər. Bu yeni xüsusiyyətin önümüzdəki bir neçə həftə boyunca pilləli olaraq istifadəçilərə təqdim edilməsi gözlənilir.



YouTube Live xidməti 2011-ci ildən etibarən istifadəyə verilməsinə baxmayaraq yalnız müəyyən iş səhmdarlarına və hesablara təqdim edilirdi. Musiqi , idman , xəbər və oyun kanallarında məhdudlaşdırılan xüsusiyyətdə ən az min izləyici şərti vardı. Bu tələb mindən yüzə enmişdi. Bu cür online canlı yayım imkanı təqdim edən Ustream , Brightcove və Livestream kimi digər xidmətlər üzərindəki təzyiq yaxşıca artmış olur.