Twitter- #YearOnTwitter adlı İngilis veb saytında ən məhşur tweetləri tanıtdı. 2013-cü ilin ən məhşur mövzularına aylar və #xəbər, #idman, #əyləncə və #vitrin kateqoriyaları üzrə baxmaq mümkündür.



İnformasiyalar Twitterin bəzi seçilmiş tərəfdaşları tərəfindən toplanmışdır. Bir dəqiqəlik reklam çarxında bir illik statistikaya baxmaq mümkündür: gündəlik 230 milyon aktiv istifadəçi tərəfindən atılmış 500 milyon tweet dərc olunub.



Facebook-insanlar, hadisələr, mövzular və s. daxil olmaqla ötən il insanların ən çox müzakirə etdiyi mövzulara həsr olunmuş Facebook Stories adlı xüsusi bir səhifə ayırdı.



Instaqram-çəkiliş üçün ən məhşur yerlərin top 10 siyahısını dərc etdi. Ötən ilin ən məhşur çəkiliş yerləri siyahısında Bangkokda yerləşən Siam Paragon alış-veriş mərkəzi oldu. Ikinci yeri isə Londonda Times Square, Kaliforniada Disneyland, Las Vegasda Bellagio fəvvarələri və Floridada Disney World tutdu.2013-cü ilin “Instagram” üçün ən məhşur şəhərləri New York, Bangkok, Los Angeles, London, Sao Paolo, Moskva, Rio de Janeiro, Las Vegas və San Francisco oldu.