Facebook sosial şəbəkəsinin sahibi və təsisçisi Mark Zükerberq şəbəkənin ona məxsus səhmlərinin 41,35 milyonunu birjada satışa çıxaracaq.



Bu barədə şirkətin dekabr ayının 19-da dərc edilən məlumatında bildirilir. Bu səhmləri satdıqdan sonra, M.Zükerberqin “Facebook”dakı payı 56,1%-ə enəcək.



Səhmlərlə birlikdə isə bu rəqəm 58,8% təşkil edir. Ondan başqa, şirkətin idarə heyətinin üzvü Mark Andressen də səhmlərini satışa çıxaracaq. Onun satacağı aksiyalar isə 1,65 milyondur.