Çinin Heilongjiang əyalətinin şimal-qərbindəki Harbin şəhərində təşkil edilən 15-ci "Beynəlxalq Harbin Buz və Qar Festivalı" dünən başladı. Minlərlə ziyarətçi -27 dərəcə soyuğa fikir vermədən buzdan hazırlanan heykəlləri, binaları izləmək üçün açıq sahədə təşkil edilən festivala qatıldı.
Buzdan yaradılmış heykəllər, binalar rəngarəng işıqlandırma ilə göz qamaşdırdı. Buzdan binalar arasında İtalyanın paytaxtı Romada olan tarixi Colosseum arenası da var.