Özünəməxsus dizayn ilə Kia Soul dünyanın hər tərəfindən olan insanların diqqətini özünə cəlb etməyi bacarıb. 2008-ci ildən etibarən birinci nəsil model 760 min ədəddən çox satılıb. Artıq  ikinci nəsil Kia Soul təqdim edilib.


 


2013-cü ildə Frankfurtda keçirilən Beynəlxalq Avtomobil Sərgisində (IAA) Avropa premyerası qeyd edilib. Hal-hazırda Şimali Amerika bazarında satışdadır  və mart ayından etibarən Avropa bazarlarına çıxarılacaqdır.


 


İkinci nəsil füsunkar kompakt SUV  bu günlərdə “iF dizayn” mükafatını əldə etməklə  daim mükafat qazanmış sələfinin ənənəsini davam etdirir. Yeni "Kia Soul Hyundai Motor Company” “Kia Motors Corporation”ın prezidenti və baş dizayneri Piter Şrayerin rəhbərlik etdiyi Kia dizayn komandası tərəfindən ərsiyə gəlib. Güclü Kia Trackster konseptinin (2012-ci il Çikaqo Avtomobil Şousunda təqdim edilib) əksər dizayn elementləri ikinci nəsil “Kia Soul”da da müşahidə olunur və bu tanış dizayn elementlərinə baxmayaraq yeni modeldə müasir dizayn xüsusiyyətləri də qaçılmazdır. Yeni avtomobil birmənalı olaraq “Kia”nın artıq sitayiş obyektinə çevrilmiş kompakt SUV sinfinə aid Soul kimi tanınır. Yeni Kia Soulun xarici görünüşü daha dolğun təəssürat bağışlayır və modelin cəsur görünüşü və fərqləndirici xüsusiyyətləri daha qabardılmış şəkildə  özünü büruzə verir.