Milyonlarla telefon nömrəsini hakerlər tərəfindən internetə sızdıran Snapchat bu dəfə də 16 yaşındakı bir hakerlə bacara bilmir. Həftələr əvvəl məşhur foto paylaşma tətbiqi Snapchat hakerlənmiş və təxminən 4.6 milyon telefon məlumatı internetdə yayımlanmışdı.


 


Bu səbəbdən təhlükəsizlik sistemini gözdən keçirən şirkət səlahiyyətliləri bu vasitə ilə haker hücumlarından xilas ola biləcəyini düşündü. Ancaq işlər çox da “Snapchat”ın gözlədiyi kimi olmadı.


 


Hələ 16 yaşında olan Graham Smith, “Snapchat”ın hələ də etibarlı olmadığını göstərmək üçün tətbiqdə yeni bir səhv tapdı və şirkətin üst səviyyə idarəçilərindən "Bobby Murphy"in telefon nömrəsini tapdı. Bu nömrəyə səhv tapdığına dair mesaj atan gənc hakerin bu cəhdinin ardından isə Snapchat bir daha təhlükəsizlik sistemini nəzərdən keçirdi və təhlükəsizlik səhvlərini düzəltməyə çalışdı . Bloomberg TV-yə danışan Smith, bütün bu tədbirlərin heç bir işə yaramadığını, Murphyun telefonun nömrəsini aldıqdan sonra şirkətin səhvlərini düzəltdiyini, ancaq tətbiqi hakerləməyin hələ də mümkün olduğunu söylədi. Smith, bu işi hobbi olaraq etdiyini, hər hansı bir çıxarın olmadığını vurğuladı.