“Google”dan sonra dünyanın ən məşhur ikinci e-poçt xidməti olan “Yahoo”ya hakerlər hücum etdi. Hücum ilə birlikdə istifadəçilərin mail hesabı və şifrələri oğurlandı. Yahoo hücumu təsdiqlədi.


 


Şirkət, Yahoonun ana sistemlərinə sızma cəhdini təsbit etmədiklərini, bəzi e-poçt ünvanlarının hücumdan təsirləndiyini bildirdi. Yahoo zərər görən e-poçtların şifrələrini dərhal sıfırlayarkən istifadəçilərini də xəbərdar etməyi unutmadı.


 


Şirkət istifadəçilərə hər ehtimala qarşı şifrələrini sıfırlamasını tövsiyə etdi. Bütün bunlardan əlavə Yahoo, dünya daxilində neçə e-poçt hesabının hücümdan zərər gördüyünü açıqlamadı.