Dünən, fevral ayının 4-ü məşhur Facebook sosial şəbəkəsinin 10 yaşı tamam oldu. Bu sosial şəbəkə 2004-cü ilin fevral ayının 4-də "Harvard Universiteti"nin tələbəsi Mark Zuckerberg və onun otaq yoldaşları Eduardo Saverin, Dustin Moskovits və Chris Hughes tərəfindən yaradılıb.


 


Bu gün “Facebook”un 1,23 milyarddan çox istifadəçisi var. İlk vaxtlar sosial şəbəkə “Thefacebook” adlanıb və saytdan ancaq Harvard universitetinin tələbələri istifadə edə biliblər.


 


Daha sonra isə “ABŞ”ın edu domenli elektron ünvanı olan digər universitet tələbələri də saytdan istifadə ediblər. 2006-cı ilin sentyabr ayından isə sayta giriş elektron ünvanı olan 13 yaşından yuxarı bütün internet istifadəçiləri üçün açılıb. 10 il ərzində “Facebook” sosial şəbəkəsi Mark Zuckerbergə 31 milyard dollar qazandırıb. Hazırda “Facebook”un bazar dəyəri 150 milyard dollar kimi ifadə edilir. Şirkətin 150 milyard dollarlıq bazar dəyərinə ABŞ tarixində ən sürətli şəkildə çatdığı bilinir. Bu gün Azərbaycanda bu sosial şəbəkədən 1,2 milyondan çox adam istifadə edir.