1970-ci illərdə Amerikan zərbxanası tərəfindən sınaq məqsədi ilə istehsal edilən "1 sent"in 500 min dollara alıcı tapması gözlənilir. “ABŞ”da alüminiumdan istehsal edilmiş bir metal pul, koleksiyaçıları olduqca həyəcanlandırıb.



ABŞ zərbxanası tərəfindən sınaq məqsədilə istehsal edilmiş pul, o zaman istifadəyə verilməyib, ancaq hazırda yarım milyard dollar dəyərindədir. 1974-cü ildə ABŞ zərbxanası tərəfindən hazırlanmış 1 sentin fərqi alüminium olmasıdır.



Aprel ayında hərraca çıxarılacaq 1 sentin 200 min ilə 500 min dollararasında alıcı tapması gözlənilir. Amerika Mərkəzi Bankı Fed-ə bağlı zərbxana 1970-ci illərdə fərqli metal növlərindən daha uzuc metal pul istehsal etmək üçün cəhdlər edib. Zərbxana mis, bürünc, alüminium, plastik kimi çoxlu sayda maddə ilə sınaqlar keçirib. Amerikan zərbxanasının bu sınaqlarından biri də 1974-cü ildə alüminiumla olub. Ancaq hazırlanan alüminium metal pul heç bir zaman tədavülə girməyib. Pulun sahibinə atası tərəfindən hədiyyə edildiyi bilinir.