Facebook 10 yaşındadır lakin 11 yaşını qeyd edəcək qədər yaşayıb yaşamayacağına dair fərziyyələr davam edir. Son araşdırmalara görə "Facebook"un günləri sayılıdır. Facebook isə mətbuatda geniş yer alan bu cür xəbərləri təkzib edən məlumatları dəqiqliklə gündəmə hazırlayır.


 


Məsələn, “Prinston Universiteti”ndən olan tədqiqatçılar Google məlumatlarına dayanaraq önümüzdəki üç il ərzində “Facebook”un istifadəçi sayının 80 % - ni itirəcəyini bildirincə Facebook dərhal buna cavab verdi.


 


Şirkətdə çalışan elm insanları eyni üsulu istifadə edərək “Princeton Universiteti”nin 2021-ci illərdə heç şagirdi qalmayacağını və 2060-cı ildə dünyadakı bütün havanın tükənəcəyini bildirdi. Tədqiqatçılar "Bütün araşdırmalara bərabər yanaşılmadığını və bəzi analiz üsullarından istifadə edərək çılğın nəticələr əldə etmək mümkün olduğunu əyləncəli bir şəkildə xatırlatmaq istədik" - deyə şərh etdi. “Forrester Research” adlı araşdırma mərkəzindən olan mütəxəssis Nate Elliott da “Princeton”un araşdırmasını doğru hesab etmir.


 


“Facebook”un gücünü, nizamlı olaraq yeni xüsusiyyətlər əlavə etmək yolu ilə yeni üzv qazanması və köhnələrinin də marağını canlı tutmasında görür. “Comscore” firmasının məlumatları da bunu təsdiqləyir. Bu məlumatlara görə, “ABŞ”dakı 18-24 yaş qrupu əhalinin 89 % - i 2013-cü ilin noyabr ayından etibarən Facebook istifadə edirdi. “Elliott” digər bütün sosial şəbəkələrə müqayisədə, “Facebook”un daha çox gənc istifadəçiləri olduğunu diqqətə çatdırdı.