Apple Türkiyədə aksessuarların istehsalına başlamağı planlaşdırır. Bunu “Apple” şirkətinin baş direktoru "Tim Kuk" Türkiyə Prezidenti "Abdullah Gül" ilə görüşü zamanı bildirib. 


 


"Kuk"un sözlərinə görə, həmçinin bu ilin aprelində "Apple" şirkəti İstanbulda dünyada bənzəri olmayan konsepsiya əsasında satış mərkəzini açacaq. 


 


Türkiyə Prezidenti ilə görüş zamanı "Tim Kuk" Türkiyə Prezidenti "Abdullah Gül"lə "iPhone" və "iPad"in Türkiyədə lüks vergi sinifində olduğunu və bu sinifdən çıxarılmasının lazım olduğunu söyləyib, Həmçinin Tim Kuk Abdulla Gülün xahişi ilə cihazların səs ilə idarəedilməsi funksiyasının türk dili ilə də çalışmasının təmin ediləcəyi sözünü verib.