Martın 11-də “Coca-Cola” şirkəti və ADA Universitetinin birgə tərəfdaşlığı çərçivəsində 1 000-dən artıq insanın iştirakı ilə Bakıda İkinci Bahar Gənclik Festivalı (“Bahar Youth Festival”) keçirilib.



Festival zamanı sərgi, konsert, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, xına bəzəmə mərasimi və bu kimi adət-ənənələr nümayiş etdirilib.



ADA tələbələri bəzədikləri Novruz xonçaları ilə "Ən yaxşı bayram xonçası" müsabiqəsində yarışıblar. Tədbirə ADA Universitetində təhsil alan 40-dan artıq beynəlxalq tələbə və Azərbaycan bölgələrinin məktəbliləri qatılıb. Mərasim iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən “Coca-Сola Azərbaycan” şirkətinin baş meneceri Cem Becel təhsillə bağlı layihələrin dəstəklənməsinin “Coca-Cola” şirkəti üçün mühüm sosial prioritetlərdən biri olduğunu bildirib: “Bu gözəl Novruz bayramı şənliyində regionun aparıcı ali təhsil ocaqlarından biri olan Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlıqdan çox məmnunuq”.



Festival zamanı müğənnilərlə yanaşı ADA Universitetinin tələbələri də əyləncəli bayram proqramı ilə çıxış ediblər. “Gələcəyin liderləri olaraq, hər bir gənc Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti, musiqisi ilə yaxından tanış olmalı və bu dəyərlərin təbliğində maraqlı olmalıdır. ADA Universiteti olaraq, biz tələbələrimizə məhz bunu aşılayırıq və bugünkü Festival da bunun bariz nümunələrindəndir”, - deyə ADA Universietinin prorektoru Fariz İsmayılzadə bildirib.




“Coca Cola” şirkəti haqqında:




“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dolları olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-ColaZero”, “vitaminwater”, “Powerade”, “MinuteMaid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir.



Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,8 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com




ADA Universiteti haqqında:




Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış ADA Universitetinin əsas məqsədi yenilikçi qlobal liderlərin hazırlanması və diplomatiya, ictimai və beynəlxalq məsələlər, biznes, humanitar sahə və elmlər, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə səmərəli əməkdaşlığa əsaslanan tədqiqatın təbliğ edilməsinə yönəlib. ADA öz qapılarını tələbələrə ilk dəfə 2007-ci ildə açmış, 2012-ci ilin sentyabr ayında isə özünün şəhərin mərkəzində yerləşən daimi “yaşıl” və “smart” kampusuna köçmüşdür.



Hazırda ADA Universitetində İctimai və Beynəlxalq Məsələlər, Biznes, Humanitar və digər Elmlər, eləcə də Mühəndislik və İnformasiya Texnologiyaları üzrə dörd müxtəlif məktəb fəaliyyət göstərir. ADA Universitetinin gələcəyə istiqamətlənmiş fəaliyyət və strategiyasının əsasında dörd əsas prinsip dayanır: qlobal liderlik, innovativ təhsil, sosial məsuliyyət və daim inkişaf edən məkan. ADA Universiteti haqqında daha geniş məlumat əldə etmək üçün universitetin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.ada.edu.az.