"Schwartz" şirkəti "McCormick&Company" ədviyyat şirkəti ilə birlikdə özlərinin Feel Flavour layihəsini davm etdirir. Layihə bu ilin əvvəllərindən etibarən başlamışdır. Hal-hazırda isə şirkət "Grey London" ilə birlikdə yeni layihə hazırladı.


 


Onlar birlikdə toxunulduğu zaman musiqili səs effekti verən və “musiqi dadını” simvolizə edən rəngarəng rəsm əsəri təqdim etdi. Bu cihaz Bluetooth texnologiyası ilə işləyir. Cihazı "Billie Jean" yaradıb.


 


İstifadə olunan həssas və rəngli  boyalar isə Novalia şirkətinə məxsusdur. Hər bir rəng müxtəlif notu xarakterizə edir. Cihaz “Bluetooth”un yandırılması ilə hərəkətə başlayır. Rəsmdə olan rənglərə toxunulduğu zaman “Schwarz” şirkətinin ədviyyatını və göyərti səsini təcəssüm etdirən 16 musiqi növünü eşitmək mümkündür.