“General Motors”un, ölümlü qəzalara gətirib çıxardan bir istehsal səhvi səbəbindən 2,2 milyon avtomobili geri çağırması şirkətə 1,3 milyard dollara başa gələcək. ABŞ-ın avtomobil istehsalçısı “General Motors”, irimiqyaslı bir geri çağırma prosesinə hazırlaşır.
Şirkətin 2003-2011-ci illər arasında istehsal etdiyi avtomobillərindəki bir qüsur 13 nəfərin ölümünə səbəb olduqdan sonra “General Motors” 2,2 milyon avtomobili geri çağırmağa qərar verib.
İstehsalçının avtomobillərində kontakt açarı yerindən oynayaraq mühərrikin dayanmasına, avtomobildə elektrik enerjisinin kəsilməsinə və hava yastıqlarının sistem xarici qalmasına gətirib çıxarır. Geri çağırma əməliyyatının şirkətə 1,3 milyard dollara başa gələcəyi açıqlanıb.