PİAF İcraçı Direktoru Marek Hlavica ilə uzun söhbətdən sonra bunun bir hissəsini saytımızda yayımlamaq qərarına gəldik. Xatırladaq ki, Facemarkın da media tərəfdaşı olduğu PİAF reklam festivalı bu il 3-cü dəfə yenidən keçiriləcəkdir. Bu il festivalda nələr olacaq, bizləri nələr gözləyir və s. suallara cavabı Marek Hlavicanın eksklüziv olaraq Facemark üçün müsahibəsində biləcəyik.


FMR: Salam, cənab Marek Hlavica! Bilirsiniz ki, Avropada müxtəlif reklam festivalları keçirilir. PİAF-ı yaratmağa nə vadar etdi? PİAF-ın digərlərindən fərqli cəhəti nədir? Praqa şəhərinin rolu burada nədən ibarətdir?


M.H. - PİAF yaradıcılığa yeni bir baxış vermək ideyası ilə yaradılıb. Baxmayaraq ki, ənənəvi festivallar onilliklərdir keçirilir, qaydaları dəyişmək və ötən illər ərzində kommunikasiya sahəsində olan sürətli inkişafı əks etdirmək onlar üçün çox çətindir. Onlar yalnız kateqoriyaları artıra bilirlər. Ancaq bu problemi həll etmir. PİAF, media ilə ümumi əlaqəsi olmayan yaradıcı yanaşmanı əhatə edən yeni kateqoriya sistemini hazırlayır. Artıq orada radio, televizor və çap kampaniyası yoxdur. Ən gözəl anlayışlar, yaradıcı fikir, mükəmməl icra, doğru zamanlama, yaradıcı media planlaması, PR, event marketing, ictimai şəbəkə və s. ilə işləməkdir. Bunları bir – birindən ayırmaq və mühakimə etmək mümkün deyil.


Praqa şəhəri dünya yaradıcı mütəxəsisləri üçün əla qarmaqdır. Bura hər kəsin sevdiyi təlqinedici şəhərdir. Həmçinin, Praqa, film çəkilişi sənayesi tərəfindən çox yaxşı tanınır. Dünyada çox tanınmış filmlər və reklamlar Praqa və onun yaxınlığında istehsal olunub.


FMR: PİAF 2012-nin bundan öncəkilərdən fərqi nə olacaq?


M.H. - Biz 2010-cu ildə “copy – paste” modeli ilə başladıq və sizin əvvəlki sualınıza həmin vaxt cavab vermək çətin olardı. Ancaq elə birinci ildən sonra biz yarışı yenidən qurduq və iki gün ərzində konfrans proqramı üzərində cəmləşdik. Belə görünür ki, həmin vaxtlar agentliklər və şirkətlər öz işçilərini əlavə bir əyləncə həftəsi keçirməyə göndərirdilər. Xüsusilə korporativ dünya, səmərəlilik və əlavə dəyəri çox axtarır. Biz markaları və marketerləri bir yerə yığıb və eyni bir şeyə bir yerdə qulaq asmaq istəyirik. Ona görə də biz qısa müddət ərzində çox cəlbedici bir proqram təklif etməyə məcburuq. 20-dən çox beynəlxalq və bir neçə yerli mütəxəsislər öz təcrübələrini qısa prezentasiyalarla bölüşəcəklər. Keyslər, mühazirələr, seminarlar. İki gün ərzində siz başqa bir yerdən bir həftə ərzində alacağınızdan daha çox ilham ala bilərsiniz.


FMR: Bir neçə müshibənizdə qeyd etmişdinizki , “PİAF-da bizim iştirakçıların çoxu Rusiya, Çexiya Respublikası, Almaniya və bir neçə Asiya şirkətləridir. Bu 3 ildə nə kimi dəyişikliklər var?


M.H. - PİAF yarışmasında iştirak etmək üçün bizə 30 ölkədən giriş var. Qonaqların çoxu Çexiya və Slovakiya Respublikalarından olur. Bu müəyyən vaxt aparır, çünki PİAF-ın hələ kütləvi reklam kampaniyası üçün imkanları yoxdur. Biz proqrama pul sərf edirik.


FMR: Hansı marketiq jurnalını oxuyursunuz? www.facemark.az saytı Azərbaycanda yeni online marketinq saytıdır. Siz yeni yaranmış bir marketinq saytına nələr tövsiyyə edərdiniz?


M.H. - Mən həftəlik media və marketinq jurnallarını və müntəzəm olraq yerli media saytlarını oxumağa çalışıram. Düşünürəm ki, hər bir xəbər saytı eyni şeyi etməlidir – cəld və interaktiv olmalıdır. Oxucuların internetdə axtardıqları şey budur.


FMR: Azərbaycandan reklam agentlikləri öz işlərindən PİAF- a göndəriblərmi? Əgər göndəriblərsə, Sizcə, Azərbaycan və Çexiya reklam yaradıcılığının oxşar və ya fərqləri, diqqətinizi çəkən xüsusiyyətləri nədir?


M.H. - Doğrusu, fərq haqqında heç bir fikrim yoxdur. Çox təəssüf, çünki, mədəniyyətlərin qarışması sizi yeni fikir və ilhamla təmin edir. Düşünürəm ki, kateqoriya və münsiflik baxımından xüsusi reklam bazarına malik olan Azərbaycan üçün PİAF-da iştirak bir imkandır. Kann nəhəngləri ilə rəqabət aparmaq çox çətindir. Praqada beynəlxalq juri heyəti eynidir, ancaq PİAF-da onlar illərlə əsası qoyulmuş festivallara nisbətən “girişlərə” daha açıq fikirlə yanaşırlar.


FMR: Sizinlə müsahibə bizim üçün çox xoş oldu. Müsahibə üçün təşəkkür edirik və sizə uğurlar arzulayırıq.