Sofya Leontiyevna.13 yaşında ikən Vyazem rayonunun Krutoye kəndindən alman həbs düşərgəsinə əsir aparılıb. Aclıq ve zülmün hökm sürdüyü düşərgədə iki il müddətində ağır çöl işlərində tank əleyhinə lağım, səngər qazımaqla həyatda qalmaq üçün mübarizə aparıb.Həyatda hər zaman “Diz çöküb yaşamaqdansa, ayaqüstə ölmək şərəflidir”, şuarı ilə yaşıyıb.
Murad Şahmuradov. İndiki 1 nömrəli məktəbin yerində yerləşmiş 7 saylı hərbi dəniz məktəbinin müdavimidir. Stalinqrad döyüşlərinin iştirakçısı.Stalinqradın müdafiəsi - medalı ilə təltif olunmuşdur.
Həzi Məmmədov. 1942 ildə universiteti bitirdikdən dərhal sonra muharibəyə çağırılır.Faşist Almaniyasının işğal etdiyi ərazilərin azad olunması uğrunda gedən döyüşlərdə Sovet Qoşunlarının tərkibində Rusiyadan Avstriyaya kimi yol qət etmişdir.Onun sözlərinə görə müharibə zamanı çox az şey insanın hafizəsində qalır,çünki sağ qalmaq ümüdi az olduğu üçün heç kəs bu haqda duşünmür.
Məhəmməd Eliyev. 1941 ilin 15 Sentyabrında Müharibəyə könüllü olaraq yollanıb. Kəşfiyyatçı polkunda komandir olub.11 dəfə ölümdən xilas olub.
Darya Leontyevna. Şimali Qafqaz bölgəsində havadan müdafiə polkunda aşbaz vəzifəsində qulluq edib.Onun anlatdıqlarına görə o zaman insanlar da, həyat da fərqli idi. İnsanlarda böyuk inam hissi var idi və bu inamla çox böyük qəhrəmanlıqlara imza atılırdı.
Adelya Ağakişiyeva. 1942 ilin iyun ayında könüllü olaraq müharibəyə gedib .Şimalı Qafqaz, Belarusiya, Ukrayna, və Berlində aviabatalyonda cərrahi tibb bacısı kimi qulluq edib. Yaralı əsgərlərin sayı hesabı yox imiş. Ağır iş rejimi olan şəraitdə çalışıb.
Bu insanlar müharibənin od-alovundan keçiblər, lakin təəsüflər olsun ki, heç də hər kəs onların bugünkü günümüzdə nə qədər əhəmiyyət kəsb etdiyini dərk etmir. Onlarla etdiyimiz söhbətlərdən sonra anlıyırdıq ki, həyat heç də iş, ötəri əyləncələr və evdən ibarət deyil. Onlara olan borcumuz qarşısında biz bu saytı yaratmaqla, bir daha hər kəsi həyatın tamamilə ayrı axarda ölçüdə olduğu o zamanı xatırlatmağa çalışdıq və ən əsas da hər birimizin fərd olaraq böyük əməllərə qadir olduğumuzu bir daha yadımıza salaq. Bu layihə Prosper-in KSM kampaniyası çərçivəsində hazırlanmışdır. Hər kəsi gündəlik işlərinizdən qısa müddətə ayrılıb o günlərin tarixçəsini yad etməyə çağırırıq. Saytda 2ci dünya müharibəsinde iştirak etmiş 6 Böyük insanın qısa həyat hekayələri yerləşdirilmişdir. http://www.ww2heroes.az/