Adidas şəxsi əşyaları fərdiləşdirməyin yeni mərhələsinə keçərək öz müştərilərinə yeni bir fürsət təqdim edir. Tezliklə brendin fanları özlərinin “Instagram”da olan ən sevimli fotoşəkillərini ayaqqabılarına daşıya biləcəklər. Bunu isə “Adidas Photo Print” adlı tətbiq vasitəsilə həyata keçirmək mümkün olacaq.



“Adidas Photo Print” iPhone və Android üçün nəzərdə tutulmuşdur. Tətbiqi Avqust ayında yükləmək mümkün olacaq. Lakin fotoşəkilləri istənilən ayaqqabıya deyil yalnız ZX Flux idman ayaqqabılarına daşımaq mümkün olacaq.