Instagram “Cannes Lions” festivalı zamanı nümayiş olunacaq öz istifadəçilərinin ən yaxşı fotoşəkilləri üzrə müsabiqə elan etdi. “La Galerie d Instagram” 15 İyunda açılacaq olan festival ərəfəsində “Gare Maritime Promenade Pantero” ünvanında işləyəcəkdir.
İstifadəçilər İyun ayının 13-dək #InstagramCannes hashtagı ilə üç fotoşəkil yükləyə bilər. Instagram iştirakçılar arasından üç qalib seçəcək. Seçilmiş qaliblər isə nəinki öz işlərini “Cannes Lions” festivalında nümayiş etdirə biləcək eyni zamanda onlar “Leica C” kamerası və "Herschel Supply"ə səyahət də qazanmış olacaqlar. Təqdim olunmuş işlər mövzu, orijinallıq və texniki iş meyarları üzrə qiymətləndiriləcəkdir.