İnternet məkanında artıq hər şey çox tez irəliləməyə başlayıb. İş belə olanda müəyyən saytlar bu paylaşmaların mərkəzi olmağa başlayır. İctimai media adlandırılan bu platformalarda artıq heç bir şeyin sürətinə çata bilmirik.


Sosial Jumpstar tərəfindən yaradılan bir hesabatda isə bizə hər 60 saniyədə ictimai mediada nələrin baş verdiyini açıqca göstərir. Məsələn, dünyada hər 60 saniyədən bir 2000 insanın “Foursquare”də harada olduğunu bildirdiyini bilirdiniz?


Hesabatdakı digər diqqəti çəkən məlumatlar isə aşağıdakı kimi sıralanır:


Hər 60 saniyədən bir:


“Pinterest”ə 1090 ziyarətçi gəlir.


“Foursquare”də 2000 insanın harada olduğu bilinir.


“Flick”a 3125 şəkil yüklənir.


“Tagged”da 3500 yeni dost bağlantısı qurulur.


“LinkedIn” də 7610 axtarış edilir.


“StumbleUpon”da 7639 səhifə öyrənilir.


“Twitter”də 175 min tweet atılır.


“Facebook”da 700 min mesaj göndərilir.


“Youtube”da 2 milyon video izlənilir.