İsveçrə saat markası olan Tissot “Instagram”da Futbol Üzrə Dünya Çempionatına həsr olunmuş yeni bir kolleksiya təqdim etdi. “Quickster Chrono Futbol” saatı dünyanın futbol komandalarına uyğun olaraq müxtəlif rənglərdə təqdim olunub.



Tissot saatları alan hər kəsin yenisini qazanmaq üçün bir şansı daha var. Müsabiqədə iştirak etmək üçün öz saatını futbol atributu ilə çəkib və #MyTissot and #Football hashtagı altında yükləmək lazımdır. Ən çox səs toplamış fotoşəkilin müəllifi qalib olacaq.