Sosial media dünyanın hər yerində olduğu kimi Azərbaycanda da olduqca məşhurdur və qısa müddət ərzində özünə xeyli kütlə cəmləyə bilib. Bu gün şirkətlərin bir çoxu sadəcə imic xatirinə, bir çoxu isə real olaraq bu məcradan faydalanmaq üçün effektli istifadə etməyə çalışır. Bir də görürsən, hansısa bir şirkət mən fan sayıma görə ilk 5-likdəyəm deyir. Digəri mənə gündə 2000 şərh yazılır deyir. Həqiqətənmi ən çox fanı olmaq, daha çox şərh yazılması medianı ölçmək üçün doğru üsuldur? Yox, əlbəttə. Bizdə yaxşı söz var, "halva-halva deməklə ağız şirin olmaz". Yəni əgər bütün bunlar bir şirkət üçün fayda vermirsə, ha 2000 şərh yazıldı ha 200 bunun heç bir fərqi olmayacaqdır. Xüsusən də biz, zənnimcə, "Like" düyməsinin anlamını hələ başa düşmürük kimi görünür. Çünki bəyəndin, bəyənmədin, hörmət xatirinə və ya süni olaraq guya maraqlanırsan, guya sən də bunu oxudun görüntüsü vermək üçün LİKE edənlər var. Demək ki, o "like"ların sayı hələ hər şey demək deyildir.
Son vaxtlar ünsiyyət məcralarındakı baş döndərən dəyişikliklər gözlənildiyi kimi ictimaiyyətlə münasibətlərə dərindən təsir edir. Hətta xalqla münasibətlərdə məcra baxımından bir inqilab yaşandığını desək yanılmarıq. PR-çıları əvvəllər sudan çıxmış balığa döndərən indiki inkişaf bu yaxınlarda PR-ın sektorda at çapdırdığı meydana belə çevrildi. Artıq PR agentlikləri (ən azından getdikcə daha böyük bir seqmenti) müştərilərinin hədəf qrupları ilə münasibət quracaqları, qurumların əlaqələrini idarə edəcəkləri sosial media ilə yatıb, sosial media ilə dururlar. Həm də, agentliklərinin necə mahir bir agentlik olduğunun sübutu olaraq da sosial mediada nələr edə biləcəklərini sıralayırlar. Əslində reklam dünyası, xüsusilə də, interaktiv agentliklər bu müddət ərzində daha çox hazırlıqlı idilər və əvvəlcədən daxil oldular.
Əlaqə olar, lakin ölçmək olmazmı?
Sosial media partlayışının ardından sosial media izləmə proqramları dövrəyə girdi, sosial media agentlikləri quruldu, media izləmə agentlikləri də sosial medianı izləməyə başladı. Hər kəs mediaçı oldu, hər kəs sosial medianı ölçər oldu. İctimaiyyətlə əlaqə quranlar illərdir medianı ölçmədən olduqca uzaq durmağa çalışıb, lakin indi media izləmə məlumatlarını ölçmə olaraq müştərilərinə “uddurmağa” alışıq olduqlarından yeni nizama da çox tez adaptasiya oldular.
İzləmək ölçmək deməkdirmi?
Sosial media ölçmə hesabatı adını daşıyan analizlərdə çox təəssüf ki, məzmun ancaq “Bu qədər insan markadan bəhs etdi, markamızın göndərilənlərini bu qədər insan bəyəndi. Sektorumuzda ən çox bizim səhifənin bəyənəni var.” ifadələrindən irəli gedə bilmir, ictimaiyyətlə əlaqələrin digər məcralar üçün təqdim etdikləri hesabatlar kimi eynilik təşkil edir.
Bəs görəsən, bu suallar kimisə maraqlandırırmı?
1. Hədəf qrupumuzun neçə faizi sosial mediadan istifadə edir?
2. Markamızdan istifadə edənlərin neçə faizi hədəf qrupudur?
3. Səhifəmizi bəyənənlərin neçə faizi hədəf qrupumuzda yer alır?
4. Paylaşımlarımızın hədəf qrupu girişi nə qədərdi və proporsional böyüklüyü nə qədərdi?
Yuxarıdakı suallara cavab verə bilməyəcək heç bir model sosial mediada ictimaiyyətlə əlaqələrin effektini ölçə bilməz. İctimaiyyətlə əlaqələrdə ölçmənin iki parametri vardır ki, birincisi hədəf kütlə girişi, digəri isə hədəf kütlənin qavrayışıdır. Bu iki dəyişikliyi ehtiva etməyən məlumatlar sadəcə olaraq izləmə məlumatlarıdır.
Bu zaman insanın ağlına gələn ilk sual “sosial media ölçülə bilməzmi?” olur. Sosial media da PR-ın digər bütün məcraları kimi ölçülə bilir. Yetər ki, düzgün model qurulsun və yetər ki, yaxşı niyyət olsun.
Sosial media ölçülməsində ROİ istifadə etmək olarmı?
ROİ (investisiyanın geri dönüşü) üçün ayrı bir yazı yazmaq olar, amma burada qısaca desək, bəli ROİ, Marketinq PR üçün bir ölçmə üsulu ola bilər. Çünki, hədəf kütləsi ilə bağlı olan satış ədədi və davranış kimi dəyərləri içində saxlayır.