Yaradıcılıqda trendlər nə qədər vacibdir deyə Michael Newman soruşur və cavab verir: Heç!


Bir reklam kampaniyasında əsl önəmli nöqtə “fərqliliyi” əldə etmək və “dəyər” yaratmaqdır. Marketinqin 2 yolu; ehtiyacı istehlakçıya ver ya da ehtiyac yarat!... Hədəf kütləyə çatdırmanın yolu isə tamamilə xəyal gücünə bağlıdır.


İnkişaf edən texnoloji müstəvidə bir çox marketinq profesisonalı səbəbləri ilə birgə “diqqət, istehlakçılar satın alma davranışlarını dəyişdirdi” xəbərdarlığını yazdılar.


Bəli; artıq daha çox sorğu-sual edən, daha ictimai, satın alma qərarından əvvəl internetdə sosial məcraları dolaşaraq qarşılıqlı təsirə keçən bizlər varıq.


Ayaq izlərim ancaq bir reklamçıya yol göstərir. Bir də, qarda qaçıb izimi bəlli etmədiklərim var. Artıq rasional baxış bucağının qarşısında istehlakçıların hisslərini, özləri ilə keçirdikləri zamanlardakı davranış formaları göz önündə saxlanılmaqla yaradıcı fikirlər aşılayır. Bu arada, reklamçılar üçün yeni trendlər, sosial media strategiyası, interaktiv marketinq fikirləri, viral videolar, interaktiv bannerlər, danışan billboarlar və s-dir.


Bəlkə də, sosial medianı istifadə etmək məcburiyyətində deyilsən, ya da təşkilati bloqunun olması vacib deyil. Bir markanın öz sektoru ilə əlaqədar trendləri yaxından izləməsi, əgər əlavə dəyər verəcəksə də ilk olaraq addım atması önəmlidir. Trendlər ilk dəfə istifadə olunanda daha gözəldir.


Amma unutmaq lazım deyil; trendlər yaradıcılığın antitezidir. Mənə bu cür edin deyən markaya dur demək lazımdır ki, beləliklə də, xüsusi fikirlər deyilə bilinsin.


Trendlər qısa müddətli zamanı ifadə edirlər. Reklamçı hal-hazırki trendi bilməlidir, amma əsl önəmli olan gələcəkdə ola biləcəkləri bu gün həll edən fikirləri idarə etməkdir.


Buyurun, indi isə gələcəyi bu günə çevirək, görək, xəyal gücümüz nələri deyəcək?


İnteraktiv marketinqdə gələcəyin trendi - İP TV-lərin yayılması


İndinin sosial mediasını gələcək zamanda görüntülü olaraq gerçəkləşdirmək.


Friendfeedtv.com – da səsli, görüntülü konfrans görüşmələri edə bilmək.


Migros”dan oturduğun yerdən marketin içərisini gəzərək alış-veriş edə bilmək! Hər rəfə zoom edirsən, hooop zoom out digər rəfə... Bu arada, tanıdıqların eyni marketdədirsə, söhbət edirsən! Bəyəndiyin məhsulusharedüyməsinə basaraq dostlarınla paylaşırsan.


Zara”dan bəyəndiyin paltarı onsuz da, ölçülərinin qeydə alındığı database”dən tanıdıb dijital olarak üstündə yoxlaya bilirsən və s.!


və s...


Trend heç bir şeydir, xüsusi fikir hər şeydir;)