Bu il misli görünməmiş və tarixi bir hadisə qeydə alınıb. Təsdiqlənmiş 12 münsiflər heyəti 63 "Cannes Lions" mükafatı qazanıb. Həqiqətən də bu il münsiflər heyətinin səviyyəsi çox yüksəkdir və biz onları tanıtmaqdan məmnunluq duyuruq.
John Williams - Grey EMEA (London)təşkilatının baş yaradıcı direktorudur. Uzun illər ənənəvi reklam sahəsində çalışdıqdan sonra, aparıcı Digital mütəxəssisi olmazdan əvvəl 10 il ərzində sözügedən sahə üzrə təhsil almışdır.
Hal-hazırda onun işləri Cannes Lions, D & AD, Effies, BTAA kimi 150-dən çox beynəlxalq mükafat qazanmışdır. O, 6 milyondan çox baxılan Honda avtomobili üçün “Live Every Litre” filminin və iPhone üçün ilk məsuliyyətli tətbiqin yaradılmasında çox məşhurdur. John özünün reklama olan münasibətin və gələcək reklam məqsədləri haqqında olan bir neçə suala cavab verdi. Müsahibə: http://bit.ly/1lCDf0s
Jonas Keller - yeni dalğanın ən görkəmli nümayəndələrindən biridir. 2012-ci ildə keçirilən Cannes Lions festivalında Mercedes-Benz avtomobili üçün hazırlanan “Theməşhur brendlərlə çalışmışdır. New York Festivals, Epica, Ciclope festivallarındam ünsiflər heyəti sırasında olmuşdur. Müsahibə: http://bit.ly/1qADTg4
Joseph Bhag - artıq 10 ildən çoxdur ki, Y & R Dubayda çalışır. Hal-hazırda Digital və Brand Experiencedə bölmə rəhbəridir. Land Rover, Colgate-Palmolive, Coca-Cola, Kit-Kat və bu kimi dünyaca məşhur brendlər ilə çalışır. Onun komandası Cannes Lions, One Show, D & AD, New York Festivals, Epica, Clio, London International Advertising Awards, Adfest, Effie və Dubai Lynx kimi nüfuzlu mükafatların sahibidir. Müsahibə: http://bit.ly/1qSSDqT