“Red Jolbors Fest” reklam festivalı 17 İyuldan etibarən ən yaxşı reklam müsabiqəsi üzrə işlər təqdim etmək imkanı yaradır. Festivalda “Reklam çarxları”, “Dizayn”, “Sosial reklam”, “Media”, “Kampaniya” və “Çap reklamı” kimi 6 kateqoriya mövcuddur. İşləri 30 nominasiyadan biri üzrə təqdim etmək olar.



Onlarla tədbirin rəsmi internet saytında tanış olmaq mümkündür: www.jolbors.com. Saytda həmçinin işlərin təqdim qaydalarının təsviri və onların qiymətləndirilməsi üçün meyarlar mövcuddur.



“Red Jolbors Fest” festivalının prezidenti Dean Maslov “Bu il bizim festivala maraq daha da artıb. Hələ “Red Jolbors”in başlama tarixinin elanı verilməzdən öncə mütəxəssislər onun nə zaman başlayacağı haqqında maraqlanmağa başladı. Tədbirin başlamasına çox az qalıb. Artıq münsiflər heyəti və spikerlər tamamilə hazırdır. İşlərinizi təqdim edin və sizin üçün çox böyük imkanlar yaradan festivalda iştirak edin” deyə bildirib.



Müsabiqədə Mərkəzi Asiyadan olan reklam, yaradıcı, rabitə təşkilatları, studiyalar, ofislər, digital-agentliklər və biznes şirkətləri iştirak edə bilər. Bir nominasiya üzrə təqdim olunan bir işin dəyəri 20 dollar təşkil edir. Xatırladaq ki, bu il münsiflər heyətinin sədri Rusiyanın aparıcı marka təşkilatı olan “DDVB”nin yaradıcı direktoru Dmitri Peryshkovdur. “Red Jolbors Fest”- Bişkekdə keçirilən illik reklam festivaldır. Ətraflı məlumatı www.jolbors.com rəsmi internet saytından əldə etmək mümkündür.