Heineken “Cities of the World” adlı sosial layihəsinin davamı olaraq azarkeşləri üçün digital-əyləncə “İctimai Kompas” - @wherenext təqdim etdi. “Twitter”də olan tətbiq sakinlərə öz şəhərlərində asudə vaxt keçirməyə imkan yaradacaq.



@wherenext şəhər həyatının ən qaynar nöqtələrini müşahidə edərək onları istifadəçilərə tövsiyə edir. Alət Instagram, Foursquare və Twitterdən əldə olunan məlumatı və onun məşhurluğunu təhlil edən alqoritmdən istifadə edir.



Kompasdan mobil telefon üçün olan www.heineken.com/openyourcity rəsmi saytında istifadə olunur. Bu yeni platforma R/GA London ilə birlikdə hazırlanmışdır və FOMO (fear of missing out) probleminin həlli üçün istifadə olunur. Bu problemi Heineken araşdırmalar zamanı kəşf etmişdir.