"Red Apple 2014"ün beynəlxalq münsiflər heyətinə Filippin reklam agentliyi olan"BBDO Guerrero"nun rəhbəri David Guerrero başçılıq edir. David Guerrero 11 Cannes Lions mükafatının sahibi və ötən il “YouTube”da demək olar ki, 50 milyon dəfə baxılan “Pantene” üçün hazırlanmış reklam çarxının müəllifidir.
David həmçinin "Its More Fun In The Philippines" şirkətinin yaradıcı direktorudur. David Guerrero nələr olmadan yaşaya bilməz? Dəyişiklik onun üçün nədir? Reklam dünyanı necə dəyişə bilər? və bir çox mövzular haqqında David Guerreronun Sostav.ru-da eksklüziv müsahibəsində məlumat ala bilərsiniz. “Red Apple” festivalının təşkilat komitəsi münsiflər heyətinin əsas hissəsini incələməyə davam edir.
Bu il festivalda yalnız dünya yaradıcılığının liderləri iştirak edir. Bundan əlavə festivalın tarixində ilk dəfə olaraq münsiflər heyətinin üzvləri həm qalibləri həm də qısa siyahını müəyyən edəcək. Bu il adəti üzrə ACAR, FRAME, IAB, ABCR sənaye təşkilatının üzvlərinə 10%, işlərin təhvil verilməsi üçün 25% güzəştlər olacaqdır. Bu güzəştlər dəyişməz olaraq qalır və son günə qədər etibarlıdır.