Mərkəzi Asiyada keçirilən yeganə “Red Jolbors Fest” reklam festivalının münsiflər heyətinə reklam və marketinq sahəsindən Rusiya, Qazağıstan və Azərbaycandan olan mütəxəssislər daxildir.



Bu il münsiflər heyətinin sədri Rusiyanın aparıcı marka təşkilatı olan “DDVB”nin yaradıcı direktoru Dmitri Peryshkovdur. Red Jolbors Fest 2014-ün münsiflər heyətinə daxil olan şəxslər öz sahəsinin ən yaxşı mütəxəssislərdir.



Münsiflər heyəti:



Farhad Kuchkarov, Tomatdesign (Rusiya)


Xenia Lukicheva, AdMe.Ru (Rusiya)


Michael Grushenkov, Wireframe (Rusiya)


Çingiz Səfərov, Safaroff (Azərbaycan)


Sergey Andriyashkin, AGT(Rusiya)


Daria Sapozhnikov, (Rusiya)


Ruslan Tuqanov (Qazağıstan)



Xatırladaq ki, 17 İyuldan etibarən "Red Jolbors Fest" reklam festivalına işlərin qəbulu başlayıb və Avqust ayının 4-dək davam edəcəkdir. Bu il festivalda “Reklam çarxları”, “Dizayn”, “Sosial reklam”, “Media”, “Kampaniya” və “Çap reklamı” kimi 6 kateqoriya üzrə iştirak etmək olar. Kateqoriyalar haqqında www.jolbors.com rəsmi internet saytında daha ətraflı məlumat almaq olar.



"Red Jolbors Fest" festivalının təşkilatçılarından biri olan Daria Sukhodolova bildirib: “Festival bizim bazarda bir il ərzində hansı işlərin görüldüyünə və onların sahəsinin necə dəyişdiyinə baxmaq imkanı yaradır. Tanınma və mükafatlar reklam sahəsində çox vacibdir. Bu festival reklamçılar və təşkilatlar üçün onların işini nümayiş etdirməyə bir fürsətdir”.



Müsabiqədə Mərkəzi Asiyadan reklam, rabitə, yaradıcılıq qurumları, studiyalar, ofis və digital-təşkilatlar, biznes şirkətləri həmçinin “MDB”dən olan təşkilatlar da iştirak edə bilər. Bir nominasiya üzrə təqdim olunan bir işin dəyəri 20 dollar təşkil edir.



“Red Jolbors Fest”- Bişkekdə keçirilən illik reklam festivaldır. "Red Jolbors Fest" festivalının baş tərəfdaşı mobil operator xidməti “Beeline”, rəsmi tərəfdaşı “Quattro Media” təşkilatı, siyasi partiya "Beer Ball", “Park Hotel”, texniki tərəfdaş isə “Saima Telecom”dur.