Bir müddət əvvəl “Mercedes-Benz”in Facebook səhifəsini 15 milyon istifadəçinin bəyənməsindən yəni “like” etməsindən sonra şirkət bunun şərəfinə yeni layihə təqdim etdi.



Avtomobil təqdimatçısı Thitz adlı Almaniyalı rəssamı layihədə iştirak üçün dəvət etdi. Rəssamın layihədəki əsas işi brendin kağız çantasından montaj etməkdən ibarət idi.



Artıq uzun illərdir ki, rəssam kağız çantaların üzərində bu şəkilləri əks etdirir. Facebookdan olan fanlar rəssamın evinə üzərində Thitz tərəfindən şəhər mənzərələrinin əks olunduğu yüzlərlə kağız çanta göndərdi. Rəssam ən orijinal olan kağız çantanı seçmək üçün çalışdı. Onların arasında “Daimler AG” kimi brendlər də var.