Festivalın rəhbərliyi elan edib ki, bu il festivala maraq daha yüksəkdir. Hal-hazırda, Rusiya və qonşu ölkələrdə Almaniya, Litva, Hollandiya, Fransa, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, İrlandiya, İtaliya, İsveçrə, Yaponiya, Tayland və Avstraliya festivala qatılıb.
Bu il "Red Apple" ilk növbədə misilsiz beynəlxalq münsiflər heyəti tərkibinə daha çox maraqlıdır. Onlar həqiqətən də mükəmməldir. Hər bir münsif üzvünə orta hesabla 7 "Cannes Lions" mükafatı düşür.
Bundan əlavə festivalın tarixində ilk dəfə olaraq münsiflər heyəti qısa siyahını və qalibləri elan edəcək. Festivalın rəhbərliyinin bildirdiyinə görə bu ilki səsvermənin əsas özəlliyi odur ki, adətən Rusiya nümayəndələrindən təşkil olunmuş online səsvermə mərhələsində artıq ayrıca münsif heyəti olacaqdır. Bu dəfə kimin qalib olduğunu yalnız beynəlxalq münsiflər heyəti seçəcək.
Red Apple 2014-ün münsiflər heyətinə Filippin reklam agentliyi BBDO Guerreronun başçısı və Pantene üçün Labels Against Women layihəsinin müəllifi David Guerrero başçılıq edir. Həmçinin festivalın rəhbərliyi bildiri ki, bu ilk dəfə "Yaradıcı effektivliyi" nominasiyası da əlavə olunub. Maarifləndirici proqram Sentyabr ayının 18 və 19-u “Digital October”da keçiriləcəkdir. Qaliblər isə Sentyabrın 19-u “Icon Hall”da mükafatlandırma mərasimi zamanı elan olunacaqdır.