Xatırladaq ki, tədbir Bişkekdə Avqustun 22-23-də keçiriləcəkdir. Festivalda Mərkəzi Asiyadan olan marketerlər, reklamçılar, PR-mütəxəssislər və dizaynerlər iştirak edəcəkdir.



Proqramda 8 ruhalndırıcı və maarifləndirici mühazirə və Rusiya, Qazağıstan və Azərbaycandan olan mütəxəssislər tərəfindən keçirilən reklam, marketinq, PR, dizayner sahələri üzrə 4 praktiki seminar olacaqdır.



Proqram haqqında festivalın www.jolbors.com rəsmi internet saytında tanış olmaq olar. Bu ilin yeniliyi isə spikerlərin nəzəri faydalı biliklərinin bölüşmüş olduğu və iştirakçılar üçün praktiki tapşırıqların hazırlanmış olduğu seminarlar oldu. “Red Jolbors Fest tədbirinə gəlin və həmkarlarınız ilə təcrübələrinizi bölüşün, yeni biliklər əldə edin” festivalın təşkilatçılarından biri olan Sabina Reingold bildirib.



Bir biletin qiyməti 70 dollar dəyərindədir. Maarifləndirmə hissəsində və mükafatlandırma mərasimində iştirak isə 60 dollar dəyərindədir. Hər iki biletə kofe fasilələri daxildir. Bundan əlavə Avqustun 7-dək alınan biletlər endirimlidir. Həmçinin təşkilatçılar korporativ endirimlər də etdi. Belə ki, əgər Siz 5 bilet alsanız o zaman sizin təşkilat və ya şirkət hədiyyə qazanacaqdır. Biletlərin alışı ilə bağlı 0555 78 20 59 nömrələrinə müraciət edə bilərsiniz.



“Red Jolbors Fest”in spikerləri:



Dmitri Perışkov - Rusiyanın aparıcı DDVB təşkilatının təsisçisi və aparıcı direktoru (Rusiya)


Fərhad Kckarov - Münsiflər heyətinə isə Tomatdesign təşkilatının strategiya mütəxəssisi (Rusiya)


Xenia Lukiçeva - "AdMe.ru"nun redaktoru


Vladislav Derevyannıx - "Voskhod" təşkilatının bədii rəhbəri (Rusiya)


Mixail Qruşenkov - Wireframe studiyasının təsisçisi və bədii rəhbəri (Rusiya)


Çingiz Səfərov - Safaroff yaradıcı təçkilatının təsisçisi (Azərbaycan)


Darya Sapojnikov - Petroglyph studiyasının bədii rəhbəri (Rusiya)


Ruslan Tuqanov - Smartica Kazakhstan dijital təşkilatının tərəfdaşı (Qazağıstan)


Serqey Andriyaşkin - AGT təşkilatının marketinq kommunikasiyası üzrə direktoru


Qalina Kurqanova - “VimpelCom Ltd” təşkilatının komunikasiya üzrə rəhbəri (Rusiya)


Yuliya Zıkina - “Comunica” sosial media təşkilatının direktoru (Rusiya)


Viktor Eliseev - “Dentsu Aegis Network Kazakhstan” təşkilatının kommunikasiya üzrə direktoru (Qazağıstan)


Anastasia Ivkina - “Crisis Control Agency” şirkətinin direktoru (Qazağıstan)



Festivalı baş tərəfdaşı mobil operator xidməti “Beeline”, rəsmi tərəfdaşı “Quattro Media” təşkilatı, siyasi partiya "Beer Ball", “Park Hotel”, texniki tərəfdaş isə “Saima Telecom”dur.