Dünyanın ən böyük lüks avtomobil istehsalçısı Bayerische Motoren Werke AG (BMW), idman tərzindəki avtomobili “X5”in müvəffəqiyyəti və Çində tələbin artması ilə avtomobil istehsalından son üç ilin ən yüksək mənfəətliliyini əldə etdiyini açıqladı.
Şirkətin avtomobil satışlarından gələn faiz və vergidən öncəki gəlirləri ikinci rübdə 11.7% artıb. Bir il əvvəl bu rəqəm 9.6% yüksəlmişdi. “BMW”nin marjası 2011-ci ilin üçüncü rübündən bu yana ən yüksək səviyyədə qeydə alınıb.
Bundan başqa dünyanın ikinci böyük lüks avtomobil istehsalçısı olan “Audi AG”nin 9.9%-lik mənfəətini geridə qoyub. Daimlər “AG”nin “Mercedes-Benz”də mənfəəti isə 7.9% səviyyəsində olub. Məlumatların ardınca “BMW”nin səhmlərinin qiyməti və Almaniyanın DAX İndeksi yüksəlib.