Əziz dostlar, bildiyiniz kimi Marketinq Azərbaycan qrupunun təsisçilərinin təşəbbüsü ilə yay mövsümü olmasına baxmayaraq maraqlı bir proyektə start verilib - #twitterdesual. İlk qonağımız bildiyiniz kimi İmran bəy olmuşdu.



Siz həmin proyekt üzrə sual-cavabları qısa icmal olaraq saytımızda oxumusunuz. İkinci belə virtual görüş Auto Azərbaycan şirkətinin İdarə Heyəti Sədrinin müavini Rüstəm Məmmədovla oldu. Həmin virtual sual-cavabın qısa icmalını aşağıda Sizlərə təqdim edirik.



1. Ilkin Manafov ‏@Ilkin_manafov: Rüstəm müəlllim, xoş gəlmisiniz. İlk olaraq Ağdamın Qarabağ komandasının qələbəsi ilə təbrik edirəm. Futbolu sevirsiniz?



Rustem Memmedov‏@Rustemme: Xoş gördük. Bayaqdan qalmışam TV ilə Laptop arasında.:) Gözəl və ağıllı oyunları çox bəyənirəm.



2. Anar Bayramov ‏@abayramov: Ilkin deyirki, Porsche və həmin classda olan avtomobillər yalnız bizdə kreditləs atılır. Düz deyir? :)



Rustem Memmedov‏@Rustemme: Yaxın dostum Amerikada Jaguar almışdı 10 illik lizinqilə, Azərbaycanlıdır:)



Rustem Memmedov ‏@Rustemme: Başqa ölkələrdə də lizinqilə bu sinif maşın alınır. Amma, nisbətini dəqiq deyə bilmərəm açığı.



3. Ilkin Manafov ‏@Ilkin_manafov: Ağdam dedikde ağla 3 şey gəlirsə, biri də ticarətdir. Sizcə niyə Ağdamlıları güclü ticarətçi hesab edirlər?



Rustem Memmedov‏@Rustemme: Mən uşaqolanda biz gül "ixrac" edirdik. Müstəqilliyin ilk dövrlərində bütün qonum-qonşu dəri işində idi:)



Rustem Memmedov‏@Rustemme: Maşın işi, aydın məsələdir...İndi görək növbəti mərhələdə nə olacaq. Online shopping:)



4. Ilkin Manafov ‏@Ilkin_manafov: Rüstəm, ölkədə ilk bloqqerlərdənsən. Mən mütəmadi oxuyurdum. Sonralar yazmadın. Səbəbi nədir?



Rustem Memmedov‏@Rustemme: Bir ara boşluq yarandı, az oxudum, az yazdım. Sonra da qərara gəldimki, siz yazın, mən oxuyum.



5. Ilkin Manafov ‏@Ilkin_manafov : Koreya şirkətləri son illər güclü marketinq aparırlar, əsasən də Samsung. Sizcə bizim yerli şirkətlərdə buna nə mane olur?



Rustem Memmedov‏@Rustemme: Rəqabətin olmaması



6. firdovsikhalilov ‏@firdovsih: Rüstəm bəy, sizcə niyə Azərbaycanda Dacia markası təmsil olunmur?



Rustem Memmedov‏@Rustemme: Renault markası istənilən gücdə olsaydı və orta sinifdə rəqabət apara bilsəydi, Dacia da olardı.



7. RaschadCamal ‏@Raschad_Camal: Rüstəm, 1) bu marketinqin yaxın 5 ilini necə təsəvvür edirsən? 2) Səncə e-Ticarət 2015-dəTürkiyədəki E-sürətdən yararlanacaqmı?



Rustem Memmedov‏@Rustemme: Uzaq görən deyiləm.:) Müştəri ilə eyni nəfəsi alan şirkətlər, inteqrasiyanı bacaranlar və çalışqanlar qazanacaq.



Rustem Memmedov‏@Rustemm: Məncə çox uzun çəkməyəcək. Cəmi 4-5 il içində çox böyük sıçrayış olacaq. Ən azından ətrafımdakılara baxıb deyə bilirəm.



8. RaschadCamal ‏@Raschad_Camal: Türkiyədə 17 mld $-dan 50 mld$-a çatacaqlar bu ilin sonuna. Bu fantastic sıçrayıdır. Səncəavoüzünləridə e-Ticarətə gəlməlidir?



Rustem Memmedov ‏@Rustemme: Gəlməyib ki? Maşın artıq mexaniki alət deyil, electron robottdur. Soft işləyir. 2-cə il içində sən gör nələr baş verəcək



9. Rafiq Hunaltay ‏@hunaltay: İşin stressini necə atırsınız? Sizə elə gəlmirmiki, qocalırıq, amma iş bitmir ki bitmir.



Rustem Memmedov‏@Rustemme: Stress azca da olsa olmasa, motivasiya olmaz. Əzildiyim stress hamd olsun yoxdur.



@hunaltay: 30-u keçdin qocasan.:) Evi işə aparmıram, işi evə gətirmirəm.



10. Rafiq Hunaltay ‏@hunaltay Jul 30: Evi işə aparmamaq üçün işdən saat 6-da çıxmaq lazımdır. Alınırmı bu?



Rustem Memmedov ‏@Rustemme: Mənim 7 ildir pozmadığım prinsiplərim var. Həmişə alınmasa da, 90% hallarda alınır.



11. Ilkin Manafov ‏@Ilkin_manafov: Özünüzü gələcək 5 ildən sonra necə görürsünüz, CEO kimi və ya sahibkar kimi?



Rustem Memmedov‏@Rustemme: Hmmm...Mən plan qurub plansız yaşayan adamam. Allah kərimdir.



Rustem Memmedov‏@Rustemme: Sən nə məsləhət görürsən?



Rafiq Hunaltay ‏@hunaltay: İlkindən olsa, deyər Yevlaxda yerim var, gəl orda dükan aç.



Rustem Memmedov ‏@Rustemme: :)))



Ilkin Manafov ‏@Ilkin_manafov: Mən düşünürəm, xəyallara çatmaq üçün (çox pul qazanmaq yox haaa) şəxsi biznes mütləqdir.



Rustem Memmedov ‏@Rustemme: İnşallah deyim onda.



12. Ilkin Manafov ‏@Ilkin_manafov: Belədə ki, Tərtər, bərdə, Mingəçevir, gəlin birlikdə kasıbçılığımızı edək. Nədiree bu "kabinet" sevgisi?



Rustem Memmedov ‏@Rustemme: Kabinet yox, laptop :)



13. firdovsikhalilov ‏@firdovsih: Bazarda VAZ-dan boşalacaq yeri VAZ-ın yeni modellərimi tutacaq, yoxsa Çin və s.markalarmı?



Rustem Memmedov‏@Rustemme: Açığı keçid periodudur. Məhsul çeşidi və satış şərtləri hazırda Çinlilərə çox böyük üstünlük yaradıb.



@firdovsih: Amma, avtomobil sektorunda long-term çox şey fərqli istiqamət ala bilər. Dacia niyə olmasın?:)



14. Cabir Suleymanli ‏@slymnlcbr: #twitterdesual: veriremki, Rüstem bəy, avtomobillər ölkəyə gətirilən zaman gömrükdə yaşanan ümumi problemlər sizdə də yaşanırmı?



Rustem Memmedov‏@Rustemme: Palaza bürün, elnən sürün. :)




Cabir Suleymanli ‏@slymnlcbr: Səhifələrcə yazsaz, belə aydın başa sala bilməzdiniz :)



15. Rafiq Hunaltay ‏@hunaltay: Marketoloq olmaq hara qədər maraqlıdır?



Rustem Memmedov‏@Rustemme: Sona qədər. Karyeranın, bəlkə də həyatın sonuna qədər



16. Rafiq Hunaltay ‏@hunaltay: Ədəbiyyatla aranız necədir? Mən şəxsən stressimi ancaq bununla atıram. Nə oxuyursunuz axır vaxtlar?



Rustem Memmedov‏@Rustemme: Axır vaxtlar dərsimlə əlaqədar olaraq http://economist.com , http://hbr.org kimi yerlərdə oluram ancaq. Açığı yorucudur və çox vaxtımı alır. Demək olar gündə ən az 3 saat.



17. Rafiq Hunaltay ‏@hunaltay: Mən də onu deyəcəkdim, dərs əyləncəli olmur. Köşə yazısını oxuduğunuz yazar varmı?



Rustem Memmedov ‏@Rustemme: Linkedin-də izlədiklərim var. Türk köşe yazarlarını isə uzun müddətdir çox az oxuyuram



18. Rafiq Hunaltay ‏@hunaltay: Linkedin demişkən, sizcə facebook şəxsi platformadır, yoxsa adam çəkisini qorumalıdır, özünü sıxmalıdır?



Rustem Memmedov ‏@Rustemme: Məncə sıxmalıdır, amma bacarsa. Mən çox da bacarmıram açığı.



19. Ilkin Manafov ‏@Ilkin_manafov: Dərs dediniz, yadıma MBA düşdü. Razısınız tədrisdən? Necə gedir, nəkimi yeni dəyərlər verir?



Rustem Memmedov‏@Rustemme: Çox razıyam. Hətta ən az gözləntim olan marketing dərsi mənim üçün çox maraqlı keçdi. İlk dərsdə finansın pure social science olduğu eşitmək ilin maraqlı keçəcəyini göstərmişdi əslində.



20. Ilkin Manafov ‏@Ilkin_manafov: Bəs sən necə düşünürsən? Səncə maliyyənin müasir biznesdə rolu nədir?



Rustem Memmedov ‏@Rustemme: Maliyyənin rolu genişlənməlidir. Həm vertikal, həm horizontal. Marketoloqlar maliyyə oxumalıdır bir az. :)



21. Cabir Suleymanli ‏@slymnlcbr: Sizcə (sualın sizə verilməsi qəribə alınailər:) ) Bakıdakı avtomobil sıxlığını nece azaltmaq olar?



Rustem Memmedov‏@Rustemme: Hökümətin indi etdiyi kimi.:) Kredit şərtlərini çətinləşdir, işlənmiş maşınları limitlə idxal et. Amma, yollar, yo işarələri, işıqforların düzgün tənzimlənməsi, sürücülük mədəniyyəti də düzəlməsə, sıxlı qolacaq.



22. Cabir Suleymanli ‏@slymnlcbr: Sürücülük mədəniyyəti 1-ci yerdə gəlməlidir məncə. :)



Rustem Memmedov‏@Rustemme: Tam razı. Qarşılıqlı anlayış, empaty ilə bəzədilən mədəniyyət.



23. Cabir Suleymanli ‏@slymnlcbr: Deməli, kredit şərtlərinin çətinləşdirilməsini dəstəkləyirsiniz. Bu satışlara necə təsir etdi? Kontur addım olaraq nələr edilir?



Rustem Memmedov‏@Rustemme: Satışlara ən az 35% mənfi təsir etdi, short-term. Amma, uzun müddətdə faydalı olacaq, ekologiya adına xüsusən də. Burda yazmağa limit azdır.:) Çox dəstəkləyirəm, çox danatılmalı addımidi.



24. Cabir Suleymanli ‏@slymnlcbr: Sizcə bu addım bank sektorunun da inkişafına kömək olacaqmı?



Rustem Memmedov‏@Rustemme: MB bu addımı iqtisadiyyatı qorumaq üçün atdı. MB bank sektorunu bir baxıma qorudu. Düzgün addım atdı.