Marc Jacobs reklam çarxında IT-girls üçün “Incognito” adlı yeni çantasını reklam etdi. Bu reklam çarxında dəri çantanın necə hazırlandığı göstərilir. 124 hissədən ibarət olan dəri çanta Marc Jacobs mağazalarında 2300 ABŞ dolları dəyərində satılır.
“Made in Italy” adlı reklam çarxı bir neçə gün öncə şəbəkələrdə nümayiş olundu. Sözügedən reklam çarxı Jacobs emalatxansında çantanın necə hazırlanması mərhələsini əks edirir. Marc Jacobs bunun sadəcə olaraq dizayner tərəfindən hazırlanan çanta olmadığına eyni zamanda son detalına qədər düşünülmüş və İtaliyada əl ilə hazırlanmasına diqqət çəkir.