Mərkəzi Asiyanın marketinq və reklam festivalı olan “Red Jolbors Fest”in “long list” siyahısına 324 ərizə daxil oldu. Ümümilikdə Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Azərbaycandan 350-dən çox ərizə göndərilib.



“long list” ilə www.jolbors.com internet saytında tanış olmaq olar. “Sevindirici haldır ki, işlərin keyfiyyəti ildən-ilə artır. Ötən il “long list”də 100-ə yaxın iş var idi. Bu ilki rəqəmlər isə festivalın artan əhəmiyyətini göstərir.



Deməli regionda reklam bazarı inkişaf edir”-Festivalın prezidenti Dina Maslova bildirib. Xatırladaq ki, bu il “Red Jolbors Fest”də 6 kateqoriya mövcuddur. Bunlar “Dizayn”, “Reklam çarxları”, “Çap reklamı”, “Yeniliklər”, “Sosial reklam” və “Media”dır. “long list”ə ən çox iş təqdim edən Qazağıstan reklam agentlikləri olub. Onlar 200-dən çox ərizə təqdim edib. Qırğızıstandan 70, Özbəkistandan 26, Azərbaycandan 17, Taciqistandan 7, Rusiyadan isə 1 ərizə qəbul olunub. Bu il münsiflər heyətinin sədri Rusiyanın aparıcı marka təşkilatı olan “DDVB”nin yaradıcı direktoru Dmitri Peryshkovdur.



Spikerlər:



Dmitri Perışkov - Rusiyanın aparıcı DDVB təşkilatının təsisçisi və aparıcı direktoru (Rusiya)


Fərhad Kckarov - Münsiflər heyətinə isə Tomatdesign təşkilatının strategiya mütəxəssisi (Rusiya)


Xenia Lukiçeva - "AdMe.ru"nun redaktoru


Vladislav Derevyannıx - "Voskhod" təşkilatının bədii rəhbəri (Rusiya)


Mixail Qruşenkov - Wireframe studiyasının təsisçisi və bədii rəhbəri (Rusiya)


Çingiz Səfərov - Safaroff yaradıcı təçkilatının təsisçisi (Azərbaycan)


Darya Sapojnikov - Petroglyph studiyasının bədii rəhbəri (Rusiya)


Ruslan Tuqanov - Smartica Kazakhstan dijital təşkilatının tərəfdaşı (Qazağıstan)


Serqey Andriyaşkin - AGT təşkilatının marketinq kommunikasiyası üzrə direktoru


Qalina Kurqanova - “VimpelCom Ltd” təşkilatının komunikasiya üzrə rəhbəri (Rusiya)


Yuliya Zıkina - “Comunica” sosial media təşkilatının direktoru (Rusiya)


Viktor Eliseev - “Dentsu Aegis Network Kazakhstan” təşkilatının kommunikasiya üzrə direktoru (Qazağıstan)


Anastasia Ivkina - “Crisis Control Agency” şirkətinin direktoru (Qazağıstan)



Red Jolbors Fest hər il Bİşkekdə keçirilən reklam festivalıdır. Festivalı baş tərəfdaşı mobil operator xidməti “Beeline”, rəsmi tərəfdaşı “Quattro Media” təşkilatı, siyasi partiya "Beer Ball", “Park Hotel”, texniki tərəfdaş isə “Saima Telecom”dur.



Ətraflı məlumatı www.jolbors.com rəsmi internet saytından əldə etmək mümkündür.


Əlavə məlumat: Sabina Reingold: sabinareingold@gmail.com


Tel: +996 777 997 769