Marketinq Azərbaycan qrupunun #twitterdesual proyektinin üçüncü virtual qonağı bloqer İlkin Manafov oldu.



1. serxan huseynov ‏@SerxanHuseyn Azərbaycanda: KPİ-ların peşəkar araşdırılmasına, ayrıca sahə kimi öyrənilməsinə, ayrıca KPİ xidmətinə ehtiyac varmı?



Ilkin Manafov ‏@Ilkin_manafov: Əlbəttə, araşdırmaya hər zaman ehtiyac var. Amma məncə burda bençmarkinq daha üstündür.



serxan huseynov ‏@SerxanHuseyn KPİ/bençmarkinq: Sahəsində bir bloq uğurlu alınarmı? Buna ehtiyac varmı (həm ingiliscə, həm də azərbaycanca məqalələr)?



Ilkin Manafov ‏@Ilkin_manafov: Alınar! 100% uğurlu alınar! Amma bloq daha çox gündəlik həyatın haqqınd yazılanda oxunaqlı olur. :)



serxan huseynov ‏@SerxanHuseyn Azərbaycanda: Bəlkə. Amma uğurlu bloqqerlər bir mövu üçün bloq yazmağı məsləhət görürlər. Fikriniz çox oriinal oldu. :))



Ilkin Manafov ‏@Ilkin_manafov: Onda bloq maraqsız ola bilər... :))



serxan huseynov ‏@SerxanHuseyn: Sizcə bloqu maraqlı edən mövzunun praktiki və işlərliyi deyilmi?



Ilkin Manafov ‏@Ilkin_manafov: 16h



@SerxanHuseyn: Məncə bloq yazmaq üçün gərək səmimi və komplekssiz olasan.



serxan huseynov ‏@SerxanHuseyn: Demək istəyirəm ki, KPİ/bençmarkinq özlüyündə maraq toplayacaq bir mövzu deyilmi Azərbaycan üçün?



Ilkin Manafov ‏@Ilkin_manafov: Yalnız ona yönəlik bloq maraqsız olar, məncə. "Məncə" sözünə diqqət edin. :)



2. Anar Bayramov ‏@abayramov: Marketer İlkin Manafov, yoxsa iş adamı İlkin Manafov? Hansı döyər? :)



Ilkin Manafov ‏@Ilkin_manafov: Bloqqer İlkin Manafovun yanında onlar dalaşa bilməz. :)



3. Cabir Suleymanli ‏@slymnlcbr: Bir yevlaxlı kimi Yevlax haqqında insanların mənfi düşüncələri məni narahat edir. Necə rebrendinq etməli? :)



Ilkin Manafov ‏@Ilkin_manafov: Düşünürəm ki, Yevlaxın imici gündən-günə müsbət istiqamətdə dəyişir. Mən Yevlaxın imicindən razıyam. :)



Cabir Suleymanli ‏@slymnlcbr: Dəyişir, sözüm yox. Bəs sırf Yevlaxa məxsus bir brend necə olar ki, o brendin adı gələndə Yevlax yada düşsün :)



Ilkin Manafov ‏@Ilkin_manafov: Bir vaxtlar dəmiryolu, pambıq, pivə belə idi... İndi calışırıq "mebel" dedikdə Yevlax yada düşsün. :) Bu brendi sən (sənin kimi bacarıqlı gənclər) quracaq, inşallah.



4. Murad Hasan ‏@MurikDeDejavu: Azərbaycanda online reklam kampaniyasında mobil istifadəçi kütləsinə reklamın göstərilməsinə münasibətiniz necədir?



Ilkin Manafov ‏@Ilkin_manafov: Düşünürəm ki, bu, çox doğrudur. Ümuiyyətlə, mobil marketinq gələcəyin istiqamətidir. Marketinq o tərəfə gedir.



Murad Hasan ‏@MurikDeDejavu: Sevindirici haldır. :) Bəs siz bu sahəyə öz dəstəyinizi verməyə hazırsınızmı?



Ilkin Manafov ‏@Ilkin_manafov: Təki əlimdən nəsə gəlsin. :) Hər zaman hazıram.



Murad Hasan ‏@MurikDeDejavu: Sizin fikrinizcə Azərbaycanda məhsul, yoxsa marketinq öz sözünü deyir?



Ilkin Manafov ‏@Ilkin_manafov: Hələlik məhsul, amma tezliklə marketinq daha ağır basacaq, deyə düşünürəm. :)



5. Türkeş Rəhimli ‏@TurkesRehimli: Sizcə güclü marketoloq olmaq üçün əvvəlcə güclü satıcı olmaq lazımdırmı, yoxsa marketinq bununla əlaqəli deyil?



Ilkin Manafov ‏@Ilkin_manafov: Bir o qədər də bu fikirlə razı deyiləm. Marketinq ilk əvvəl müştəri başa düşmə elmidir.



6. Babek Musa-Zadeh ‏@babek_mszdh: Marketer üçün marketinq təhsilinin önəmi nə qədərdir və ya siz Almaniyada təhsil almış olmasaydınız, bu gün harda olardınız?



Ilkin Manafov ‏@Ilkin_manafov: Açığı, təhsil önəmlidir. Amma ən vacibi öz üzərində işləmək və networking qabiliyyətidir. Düşünürəm, Almaniya təhsili olmasaydı, indi digər oxuduğum yerlə xatırlanardım, sizin sual isə o yer haqda olacaqdı. :)



7. Rafiq Hunaltay ‏@hunaltay: Alimlərdən biri ən böyük kəşfini 3 dəfə "evrika" deyərək tapmışdı. Sizcə marketinqdə 3 evrika nə ola bilər?



Ilkin Manafov ‏@Ilkin_manafov: Məncə müştəri, müştəri, yenə də müştəri. Bizim sahənin başlanğıc və son nöqtəsi müştəridir. Sağ olsunlar. :)



8. ANAR MUSTAFAYEV ‏@FOLIOaz: İlkin bəy, yeni bir işə başlayanda ailə dəstəkləməsə, bu iş alınarmı? Ana dilimizdə naming nə zaman trend olacaq?



Ilkin Manafov ‏@Ilkin_manafov: Düşünürəm ki, ailə dəstəyi olmadan heç bir işdə uğur qazanmaq olmaz. :)



9. Teymur ‏@teymur_850: Dostluq əlaqələriniz sizin biznes fəaliyyətinizdə rol oynayırmı? Yaxşı (imkanları geniş) dostlar = yaxşı biznes?



Ilkin Manafov ‏@Ilkin_manafov: Mənim qurduğum bütün bizneslər sırf dostluq əlaqələrinin üzərində qurulub, ilk investisiyam etibar olub. :)



10. Elşən Əmirov ‏@Amiroff_89: Sizi Azərbaycanın Kotleri adlandıra bilərik?



Ilkin Manafov ‏@Ilkin_manafov: Kotler, Aaeker olduğumu bilmirəm, amma sizlərdən, gənclərdən, Marketinq AİR məzunlarından çox şey öyrəndiyimi 100% bilirəm. :)



11. Aylin Salimova ‏@AylinKotler: İlkin müəllim, bu gün Azərbaycan reklam bazarında hansı problemlər mövcuddur? Bir marketoloq kimi sizin fikrinizi bilmək istərdim.



Ilkin Manafov‏@Ilkin_manafov: Əvvəla deyim ki, sektor inkişaf edir. Amma daha yaxşı olmaq üçün reklamı kommersiya elmi kimi görmək lazımdır. Bizdə bu azdır.



12. Murad Hasan ‏@MurikDeDejavu: Azərbaycanda B2B satışların təxmini neçə faizi "tanışlıq" əsasında olur və bu tilsimi necə qırmaq olar?



Ilkin Manafov ‏@Ilkin_manafov: B2B satışlarının minimum 50%-i tanışlıq əsasında olur, amma bunun üçün də güclü marketinq bilikləri lazımdır.



13. Intiqam Bashirov ‏@B_Intiqam: İlkin müəllim, niyə bizdə sosial məqsədli reklamlar (siqaret, narkotikə qarşı mübarizə və s.) çəkilib televiziyada nümayiş olunmur?



Ilkin Manafov ‏@Ilkin_manafov Ola bilsin xoşbəxtçilikdən bu bizdə ciddi problem deyil, digər ölkələrlə müqayisədə.



14. Anar Bayramov ‏@abayramov: Şirkətin "üstündə" olmayanda şirkət batır? Sahibkar şirkətdə yatmalıdır, başqa sözlə?



Ilkin Manafov ‏@Ilkin_manafov: Şirkətin həyat tsiklinə görə ilk dövrlərdə vacibdir. :) Biznes insan kimidir, nazı ilə oynamadın, sahibindən küsür.



15. Intiqam Bashirov ‏@B_Intiqam: MBA təhsilinin sizin üçün müsbət və mənfi tərəfləri nə olub? Bu barədə fikirlərinizi bölüşərdiz.



Ilkin Manafov ‏@Ilkin_manafov: MBA (ümumiyyətlə təhsilin) ən müsbət tərəfi "kruq"dur. Digər şeylər sizin özünüzdən asılıdır.



16. Anar Bayramov ‏@abayramov: Şirkətdə nəsə iş görmək istəyəndə şirkətin qeyrətini çəkən "nervinni qaqaş"lar çıxır ortaya ki, pulu küçəyə atmayın. Münasibətiniz?



Ilkin Manafov ‏@Ilkin_manafov: Bu adamlar sahibkar üçün lazımdır. Necə ki, şahmatda "peşka" olmasa udmaq olmaz. Menecer olaraq hesablaşmalıyıq.



Anar Bayramov ‏@abayramov: O "peşka"lar şirkəti sahibkardan daha çox istəyirlər axı. Ən azı elə davranırlar. Buna münasibətiniz? :)



Ilkin Manafov ‏@Ilkin_manafov: Bəlkə buna görə "peşka"dırlar? çox çəkmir belələri. bilirsiniz də, şahmatda ən qısa ömürlü peşkadır.



17. Türkeş Rəhimli ‏@TurkesRehimli: İlkin müəllim, bu həyatda etdiyiniz ən böyük səhviniz nə olub? :) Hələ də peşmançılığını çəkdiyiniz bir səhv.



Ilkin Manafov ‏@Ilkin_manafov: Çətin sualdır... bir deyil, iki deyil... Twitter açıqdır bunun üçün. :))) Həyatda insan səhv edə bilər, amma ən qorxulu səhv sonra düzəlməsi mümkün olmayan səhvlərdir, o hələ olmayıb.



18. serxan huseynov ‏@SerxanHuseyn: Ümumiyyətlə, korporativ iş ruhumu yoxdur, yoxsa sadəcə işinimi dəyişməlisən? Necə təyin eləmək olar ?



Ilkin Manafov ‏@Ilkin_manafov Korporativ iş ruhu olmayan insanın uğur qazanması çox çətindir. Işden həzz almırsınızsa, işinizi dəyişin.



19. Raschad Camal ‏@Raschad_Camal: Tərtərdə də marketinq gediş edə biləcək açdığınız dükan? :)))



Ilkin Manafov ‏@Ilkin_manafov: Tərtər mağazasının marketinq gedişi elə o salonun açılışıdır. Mən o salondan həzz alıram, ən sevdiyim yerdir.



20. Rafiq Hunaltay ‏@hunaltay: Bir marketoloqun karyerasının ən pik nöqtəsi sizcə nə zaman olur?



Ilkin Manafov ‏@Ilkin_manafov: Sənin yaratdığın brend haqda sənin yanında danışırlar və bilmirlər ki, sən bunu etmisən.



21. Aysel Jabrayilova ‏@ANJabrayilova: İlkin müəllim, deyirlər biznesdə emosiyalar yox, rəqəmlər rol oynayır. Münasibətiniz? Emosiyasız biznes olarmı?!



Ilkin Manafov ‏@Ilkin_manafov: Qətiyyən yox. Biznes bizim heyatımızı xoşbəxt etmək üçün vasitədir... vəssalam! Bunun üçün emosiya mütləqdir.



Rafiq Hunaltay ‏@hunaltay: Teymur paşam olsaydı, deyərdi ki, emosiyasız biznes VÖEN-siz şirkətə bənzəyir. olar, amma bir gün tutulacaq.