“Coca Cola” 2,2 milyard dollar qarşılığında “Monster” adlı enerji içkisi şirkətinin təxminən 17%-ini alcağını açıqladı. Coca Cola bu razılaşma ilə, dünyada illik 27 milyard dollarlıq həcmə malik olan enerji içkisi sektorundakı fəaliyyətini artırmağı planlaşdırır.
Mövzu ilə bağlı açıqlama verən “Coca Cola”nın İcraçı direktoru (CEO) Muhtar Kent, “Monster”daki paylarını 16,7%-dən 25%-ə çıxara biləcəklərini də söyləyib. O, bu payın 4 il boyunca 25%-in üstünə çıxmayacağını vurğulayıb. “Monster”in İcraçı direktoru Rodney Sacks razılaşma ilə bağlı “Bu bir qarşılıqlı qazanc strategiyasıdır” deyib.