“ABŞ”ın cizgi romanları şirkəti “Action Comics” tərəfindən 1938-ci ildə yayımlanan “Superman”ın ilk sayı (Action Comics No 1) 3,2 milyon dollara satılıb. 1938-ci ildə bir qəzet köşkündə 10 sentə satılan jurnalı alan satıcı, onu illərlə palıddan hazırlanmış bir sandığın içində saxlamışdır.



Sonra jurnal bir kolleksiyaçıya satılıb. Həmin kolleksiyaçıdan jurnalı satın alan Darren Adams adlı başqa bir kolleksiyaçı, alış-veriş saytı “ebay” vasitəsilə hərraca təqdim edib.



1 dollarlıq açılış qiyməti, 4 gün içində 3,2 milyon dollara qədər yüksəlib və “dünyanın ən bahalı cizgi romanı” olub. Şanslı koleksiyaçı Darren Adams Vaşinqtonda “Pristine Comics”in sahibidir. Adams, “Dünyadakı ən qiymətli jurnala sahib olduğum üçün qürur hissi keçirirəm. Bu hərrac sayəsində bu bənzərsiz xəzinəni hər kəslə paylaşmış oldum. Və jurnalı satın alan yeni sahibi də tarixdəki yerini aldı” deyib. Bu ayın əvvəlində 52 yaşındakı “Ferrari” markalı avtomobil, hərrac tarixində ən bahalı avtomobil adını götürərək 34,65 milyon dollara satılmışdı.