Samsung Electronics şirkəti iş sürəti indiki nəsil microSD yaddaş kartlarının göstəricilərini dörd dəfə üstələyən yeni nəsil yaddaş kartlarının kütləvi istehsalına başlayır.


Şirkətin apardığı daxili sınaqların nəticələrinə əsasən, yeni UHS-1 yaddaş kartları indiki müasir yaddaş kartlarının nümayiş etdirdiyi saniyədə 21 meqabayta nisbətdə maksimal 80 meqabayt/saniyə oxuma sürəti təklif edir, Cybersecurity yazır.  
Yeni kartların kütləvi istehsalı ötən ayın sonunda başlayıb. Kartların qiyməti və bazara çıxarılma müddəti barədə məlumat hələ ki yoxdur. Kartlar hələlik 16 giqabayt həcmdə buraxılır. Lakin şirkət gələcəkdə məhsulun daha həcmli nümunələrini istehsal edəcəyini bildirir.