“Philips” şirkəti “Iris Worlwide” təşkilatı ilə birlikdə yeni reklam çarxı təqdim etdi. Reklam çarxı “Philips Hue” işıqlandırma sisteminə həsr olunmuşdur. Reklam yaradıcıları sözügedən reklam çarxında 1879-cu ildən bu günkü günə qədər olan bir evin hekayəsini əks etdirib.
Bu hekayə ilk lampadan “Philips Hue” ixtirasına qədər olan mərhələni göstərir. Reklam çarxı adi bir evin qonaq otağında baş verən texnologiya və işıqlandırma sahəsində moda təkamülünü nümayiş etdirir.