Dünyanın ən böyük qəhvə şəbəkələrindən biri olan “Starbucks”dan pivə həvəskarlarını sevindirəcək bir xəbər var. Şirkət, “ABŞ”ın Ohio və Floridadakı mağazalarında pivə dadında lattesini test edir.


 


Şirkətin sözcüsü, lattenin içində spirtin olmadığını, pivə dadı verən tünd şokolad sousu, krem və bir az da karamel olduğunu açıqlayıb. Sözçü, yaxın zamanda bütün mağazalarda bu məhsulun satılıb-satılmayacağına dair bir şərh verməyib.


 


“Starbucks” əvvəllər də fərqli dadda qəhvələr təqdim etmişdir. Məsələn, şirkət, balqabaq dadında lattesini  satışa çıxarmışdı. “Starbucks” məhsullarına fərqli dadlar əlavə etməyə 2003-cü ildən başlayıb və o gündən bu yana bu cür məhsullardan 200 milyondan çox satıb.