IKEA Fransanın Clermont-Ferrand şəhərində qeyri-adi quraşdırma ilə yeni mağazasının açılışını  qeyd edib. Şəhərin mərkəzində böyük, 9 metrlik lövhə quraşdırılıb. Lövhənin üzərinə bir alpinist kimi dırmanmaq mümkündür.


 


Əl və ayaqlar üçün olan oyuqların yerində isə “IKEA”nın məhsulları yerləşdirilib. Eyni zamanda  lövhə "fəaliyyət" göstərir. Hər kəs təhlükəsizliyi yerindəcə izləyən professional alpinistlərin köməyi ilə onun üzərinə qalxa bilər.


 


Layihə “ubi bene” agentliyinin köməyi ilə həyata keçirilmişdir. Layihənin təqdimatçısı Vanessa Vanier qeyd edib ki, “Clermont-Ferrand bir idman şəhəridir və IKEA şəhərin sakinləri üçün önəmli bir idman növünü vurğulamaq istədi”.