Bu ilki 3 günlük festivalda 18 ölkədən 50 spiker çıxış edəcək və satışa çıxarılan 1000-dən çox biletdən cəmi 130 ədədi qalıb. Marketing Festivalda çıxış etmək istəyən ekspertlərin sayı təşkilatçıların gözləntilərindən daha çox oldu.



Festivalın təşkilatçısı Faborsky “Biz 50 keys qəbul etmişik və buna görə çox şadıq. Onların çox böyük əksəriyyətinin iştirakçılar üçün çox maraqlı olacağını düşünürəm” bildirib.



Spikerlər qısa zaman kəsiyində bacardıqları qədər çox lazımlı informasiyanı ötürə biləcəklər. Tədbir dünyanın 24 ölkəsində promosiya edilib və tədbirdə 18 ölkədən çıxışçılar iştirak edəcəklər. Əgər Siz Oktyabrdan Noyabra keçən ərəfədə Janacek Teatrına gəlsəniz Sizin çexlər, slovaklar, polşalılar, almanlar, avstryalılar, azərbaycanlılar, bolqarlar, isveçlilər, amerikalılar, yunanlar, litvalılar, macarlar, latışlar, xorvatlar, rumınlar, türklər, ruslar, kanadalılar və isveçrəlilərlə söhbıt edib, tanış olmaq imkanınız olacaq.




“Marketing festival” haqqında əsas məlumatlar:



Tarix: 31 Oktyabr - 2 Noyabr


Məkan: Janacek Teatrı, Brno şəhəri


Əsas proqram 1-2 Noyabr tarixlərində baş tutacaq və 18 çıxışçı mühazirələrlə iştirak edəcək.



31 Oktyabr tarixində isə, verilmiş mövzulardakı spesifik məsələlər barəsində 20-ə yaxın ödənişli seminar keçiriləcəkdir. Seminarlar Festivalın spikerləri və xüsusi dəvət olunmuş ekspertlər tərəfindən keçiriləcəkdir.



Spikerlər (hələlik adları açıqlanmış):



Avinash Kaushik - Bu adı təqdim etməyə ehtiyac yoxdur. Veb analitika üzrə dünya ulduzu Noyabr ayında Brnoda olacaq


Dr. Peter Meyers - MOZ


Julie Joyce - Link Fish


Russel Savage - box



Martin Roettgerding - Bloofusion


Jan Řezáč - freelancer


SimoAhava - NetBooster


Craig Sullivan - Freelancer


Mike King - Freelancer


Jean-Michel Deluc - dvedeci


Peter O’Neill - L3 analytics


Brian Dean - Backlinko


Sandra Camacho - Google


FilipPodstavec - Get Found



Xatırladaqki, Facemark.az saytı bu ildən “Marketing Festival”ın media partnyorudur və bu ilki festivalda nümayəndə olaraq iştirak edəcəkdir.