Cristal Festival 16-20 Dekabr tarixlərində Fransa, Kurşeveldə (Courchevel) keçiriləcək 14-cü “Cristal Festival”ın yeni yarışlarının Prezidentlərini hörmətlə təqdim edir.



Onlar ilin beynəlxalq kampaniyalarını və innovativ yaradıcılıqlarını mükafatlandıracaqlar. İşləri qeydiyyatdan keçirmək üçün son tarix 7 Noyabr 2014-dür.



"Cristal Festival" haqqında: Yarandığı 2001-ci ildən “Cristal Festival” reklam və komunikasiya sahəsindən olan profesionalları Kurşevel (Courchevel, Fransa Alpları), Livan, Afrika və Brazilya kimi xariqüladə məkanlarda toplayır. 35 ölkədən 2000-dən çox iştirakçısı ilə Cristal tədbirləri hər il möhtəşəm netvörkinq imkanı təklif edir.



Əsas marketinq və rəqəmsal agentliklər, medya profesionalları, reklamçılar, reklam birlikləri, naşirlər və ya məlumat və texnologiya təchizatçıları gələn ilin rəqəmsal bazarının növbəti trend və tendensiyaları haqqında bilik və öncəgörümlərini paylaşmaq üçün “Cristal Festival”a gəlirlər.



Son 10 il ərzində “Cristal Festival” seminarlar, debatlar, yarışmalar, konfranslar və sənaye liderləri tərəfindən verilən yüksək səviyyəli seminarlarla marketinq və reklam sənayesinin əsas görüş yerinə çevrilmişdir. Xatırladaq ki, Facemark.az saytı bu ildən “Cristal Festival”ın media partnyorudur və bu ilki festivalda nümayəndə ilə iştirak edəcəkdir.



Spikerlər:



MEDYA - Helen McRae. Baş icraçı direktor Mindshare EMEA Birləşmiş Krallıq



BREND REKLAMLARI VƏ KONTENT - Avi Savar. Qurucu və strategiya direktoru Big Fuel ABŞ



PR - Olivier Fleurot. Qlobal baş icraçı direktor MSLGroup Fransa



İDMAN MARKETINQİ - Lucien Boyer. Prezident & Qlobal baş icraçı direktor Havas Sports & Entertainment Birləşmiş Krallıq / Fransa



RƏQƏMSAL VƏ MOBIL - Gustav Martner. Tərəfdaş və baş icraçı direktor CP+B Europe İsveç Reklam Assosiasıyasının sədri İsveç



ÇAP VƏ DİZAYN - Tom Murphy. Baş kreativ direktor McCann Erickson New York ABŞ



FİLM SAHƏSİ - Justin Wilkes. Medya və reklam prezidenti Radical Media ABŞ



İSTEHLAKÇI MARKETINQİ - Luis Silva Dias. Baş kreativ direktor FCB International Portuqaliya



MARKETİNQ İNNOVASİYASI - Pierre Chappaz. Qurucu və baş icraçı direktor Ebuzzing & Teads Fransa



FILM / İNTEQRƏ OLUNMUŞ / RADYO - Dani Richa. Içraci direktor və sədr MENA /Pakistan Eks baş kreativ direktor Impact BBDO