13 Dekabrda Eurobest üzümüzə gələn "Avropa Kreativlik Festivalı" üçün düşünməyə vadar edən və kreativ prosesə yeni yanaşmalara ruhlandıran kontentini və proqramını açlıqladı.



Bu il Avropanın müxtəlif fikirli (bəzən müxalif) fikir liderləri və sənaye innovatorları tərəfindən proqramı və sesiyaları idarə edəcək debatlar aparılacaq. Bu il Dekabr ayının 1-dən 3 gün ərzində “Finlandia Hall” aralarında Finlandiya sənayesinin əfsanasi olan, Moomin Characters-in icraçı direktoru Roleff Krakstromun da olduğu yüksək profilli spikerlərə ev sahibliyi edəcək.



Bununla yanaşı bu günlərdə siz səhnədə Jean-Marie Dru, Chairman, TBWAWorldwide, Kate Robertson, Global Chairman, Havas, Calle Sjonell, yeni təyin olunmuş baş kreativ direkror, Lowe Brindforsu görə bilərsiz. Eurobest Discovery səhnəsi yeni olaraq 2014-cü ildən innavativ iş nümunələri ilə bütün maraqları ətrafında cəmləşdirməyə çalışacaq.



HSBC, Razorfish və MNSTR və BBDO Moskva və Articul Media tərəfindən təqdimatlar ediləcəkdir. Strategiya şöbəsinin direktoru Alexander Chizhikov qeyd edir ki,“Eurobest il ərzində görülən ən yaxşı işdən ilham almaları üçün kreativ insanları bir məkana toplayır – müxtəlif ölkələri, müxtəlif mədəniyyətləri və biznes mühitlərini, müxtəlif yanaşmaları”.



Bu kreativ düşünmə üçün qiymətsiz bir imkandır. Öyrənmə və ilhamalma imkanlarından başqa, Eurbest Avropa boyunca və ətraf regionlardan sənayenin bütün sahələrindən olan insaları bir yerə toplamaqla həm də komunikasiya mərkəzi rolunu öz üzərinə götürür.



Bu üç gün boyunca sənayedə yetərincə böyük adlar qazanmış ekspert jürilər, işləri mühakimə edəcəklər və sonunda mükafatlandırma mərasimində qalibin adını açıqlayacaqlar. Eurobest Avropa Kreativlik Festivalı 1-3 Dekabr tarixlərində, Finlaniyada, Helsinki şəhərində baş tutacaqdır və xatırladaq ki, Facemark.az saytı bu il də “Eurobest Festival of Creativity”nin media dəstəkçisidir.