Luxury Education "MDB"də keçirilən ilk unikal layihədir. Burada Avropanın aparıcı biznes məşqçiləri tərəfindən lüks seqmentində beynəlxalq maarifləndirici master klasslar keçirilir.
“Luxury Education”a seminarlar, treninqlər, həmçinin korporativ təlim proqramları daxildir. Ukrayna, Rusiya, Qazaxıstan, Gürcüstan, Latviya, Litva, Azərbaycandan olan şirkətlər “Luxury Education” tədbirinin müştəriləridir.
Proqramın iştirakçıları: şirkətlərin rəhbərləri və idarə heyəti üzvləri, marketinq, maliyyə və kommersiya direktorları, brend menecerlər, marketoloqlar. Bu il “Luxury Education” Oktyabr ayının 31-də Moskva şəhərində keçiriləcəkdir. “Luxury Education” Oktyabrın 31-də Uche Okonkwo ilə master klasslar təşkil edir.
Qeyd edək ki, Facemark.az Luxury Education tədbirinin media partnyorudur və bu ilki festivalda nümayəndə olaraq iştirak edəcəkdir.